Stavropolla hansı sahədə tələbə mübadiləsi aparılacaq?
Tarix: 04.04.2014 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı naziri Heydər Əsədov Rusiya Federasiyasının Stavropol diyarı hökuməti sədrinin müavini Andrey Murqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, kənd təsərrüfatı sahəsində əlaqələrin müzakirəsinə həsr olunmuş görüşdə H.Əsədov Azərbaycan ilə Stavropol diyarı arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Nazir vurğulayıb ki, Azərbaycan öz kənd təsərrüfatı məhsullarının Stavropol diyarına ixracında maraqlıdır. Hər iki tərəfdə logistik bazaların yaradılması, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Stavropol Aqrar Universiteti arasında memorandumun imzalanması və kadr hazırlığı sahəsində təcrübə mübadiləsinin aparılması, emal üzrə birgə müəssisələrin təşkil olunması və digər işlərin görülməsi məqsədəuyğundur. Andrey Murqa hər iki ölkənin kənd təsərrüfatı sahəsində böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin aqrar sahədə əməkdaşlığın inkişafına töhfə verəcəyini, əlaqələrin genişlənməsində səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Stavropol diyarının kənd təsərrüfatı sahəsinə, xüsusilə quşçuluq, toxumçuluq, tərəvəzçilik, şərabçılıq, dənli bitkilər və heyvandarlıq sektorları üzrə əməkdaşlığın perspektiv istiqamətlərinə dair məlumat verilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
“Autizm spektr pozuntusu olan şəxslərə dəstək”
22.02.2019
ƏƏSMN-də yeni təyinatlar
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info