Milli Strategiya iqtisadi potensialın güclənməsinə xidmət edəcək
Tarix: 04.04.2014 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


“Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın layihəsi 4 ay müddətində hazırlanacaq

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ardıcıl və uzunmüddətli inkişafa hesablanmış uğurlu siyasət nəticəsində ölkəmizdə müasir prinsiplərə söykənən informasiya cəmiyyətinin bərqərar olmasına möhkəm zəmin yaranıb. Ölkənin gələcək tərəqqisinə yönəlmiş “Azərbaycan 2020:gələcəyə baxış” İnkişaf Konsepsiyası respublikada innovasiyayönlü və biliklərə əsaslanan iqtisadiyyatın qurulması hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunmasında informasiya cəmiyyətinin inkişaf etdirilməsini əsas məqsəd olaraq qarşıya qoyub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Prezidentin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” Konsepsiyada nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsinə xidmət edir. Milli Strategiya informasiya cəmiyyətinin formalaşdırılması üzrə indiyədək görülmüş işlərin nəticələrinə əsaslanır və onların daha da inkişafı məqsədilə dövlət siyasətini, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin başlıca istiqamətlərini müəyyənləşdirir. Bu Strategiyada cəmiyyətin müasir texnologiyalara olan tələbatı, dünya təcrübəsi, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı və Avropa Birliyinin, YUNESKO-nun tövsiyələri, “Açıq hökumət təşəbbüsü”ndən irəli gələn məsələlər nəzərə alınıb. Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli şəkildə istifadə, ölkənin davamlı və dayanıqlı sosial-iqtisadi və mədəni inkişafının təmin olunması, həmçinin rabitə və yüksək texnologiyaların ayrıca iqtisadi sahə olaraq inkişaf etdirilməsidir. Milli Strategiyanın prioritet istiqamətləri ölkədə İKT infrastrukturu və xidmətlərinin dünya standartları səviyyəsində inkişaf etdirilməsi, yüksək texnologiyalar sahəsinin və onun inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi, “elektron hökumət”in və ümumilikdə İKT-nin cəmiyyətin inkişaf amili kimi rolunun artırılması, kadr hazırlığının və informasiya təhlükəsizliyinin təmin edilməsi, milli kontentin zənginləşdirilməsidir. Milli Strategiyada rəqabətqabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun gücləndirilməsinə müstəsna əhəmiyyət verilir. Yüksək texnologiyaların, o cümlədən kosmik texnologiyalar, biotexnologiya, elektronika, yeni informasiya texnologiyaları, nano və nüvə texnologiyalarının inkişaf etdirilməsi əsas vəzifə olaraq nəzərdə tutulur. Ölkədə dünya səviyyəli elmtutumlu texnologiyaların, yüksək texnoloji məhsulların yaradılması və onların beynəlxalq bazara çıxarılması, innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni innovasiya şirkətlərinin yaradılması, rəqabət və ixrac potensialının artırılması, investisiyaların cəlb olunması, yeni bilik və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparkların, biznes inkubatorlarının genişləndirilməsi, internet iqtisadiyyatının inkişaf etdirilməsi əsas fəaliyyətlər kimi əks olunur. Milli Strategiyanın mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Hər mərhələ qəbul edilən məqsədli dövlət proqramı (2014-2017, 2018-2020-ci illər üzrə) əsasında yerinə yetiriləcək. Dövlət başçısının tapşırığına uyğun olaraq Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramının layihəsi 4 ay müddətində hazırlanacaq. Ümumilikdə Milli Strategiya ölkəmizin daha da inkişafına, iqtisadi potensialının güclənməsinə, demokratik proseslərin daha da genişləndirilməsinə, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan hərtərəfli istifadəsinə, dövlət idarəçiliyində müasir texnologiyalara əsaslanan fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək. Qeyd edək ki, Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən edilib.

Nigar Abdullayeva






 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info