“Defensa.com“: “Çin müharibəyə başlaya bilər”
Tarix: 04.04.2014 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


“Bir çox analitiklər Asiya qitəsində güclərin bu cür artımını müharibəöncəsi şəraitlə əlaqələndirirlər”

İspaniyanın "Defensa.com" saytı Çinin hərbi xərclərini artırması və regionda müharibəyə hazırlaşma ehtimalı barəsində maraqlı yazı yazıb: “Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri az öncə Ümum Çin toplantısında 2014-cü il üçün hərbi büdcənin müzakirəsində deyib ki, ötən illə müqayisədə Çin müdafiə xərclərini 12 faiz artıracaq. Belə bir halda isə Çin Yaponiya, Cənubi Koreya və ABŞ-dan ibarət hərbi bloka münasibətini nümayiş etdirir. Hazırda Çin hərbi xərclərin həcminə görə ABŞ-dan sonra ikinci yeri tutur. Çinin hərbi xərcləri isə Şərqi Asiyada mübahisəli Senkaku adaları üstündə qızışan gərginlik fonunda artırılır.
Onu bilmək maraqlı olardı ki, niyə Çinin hərbi xərcləri son 20 ildə daim artmaqdadır. Bunun arxasında nə dayanır – sadəcə güclərin balanslaşdırılması ilə bağlı strategiya, yoxsa hərbi gücün açıq nümayişi?
Bir çox analitiklər Asiya qitəsində güclərin bu cür artımını müharibəöncəsi şəraitlə əlaqələndirirlər. Bu cür şərait Avropada XX əsrin önlərində müşahidə edilmişdi. Belə ki, bu şərait Birinci Dünya savaşı ilə başa çatmışdı. Çin doğrudanmı “müharibə fitilini yandırmağa” və Yaponiyanı, Cənubi Koreyanı diplomatik, sonra da hərbi konfliktə çəkməyə qadirdir? Mübahisəli Senkaku adaları bu baxımdan savaş səbəbi ola bilərmi? Yaxud illərlə yığılan, həll edilməmiş problemlər açıq hərbi qarşıdurmaya çevrilə bilərmi?
Pekin qəti şəkildə amerikan qoşunlarının Koreya yarımadasında olmasına qarşıdır və Şimali Koreyanın kommunist rejiminə hərtərəfli dəstək göstərir ki, bu rejim ayaqda qalmaqda davam etsin. 28 min nəfərdən ibarət ABŞ ordusu isə Koreya müharibəsi bitən andan yarımadada qalmaqdadır. Belə görünür ki, indi Çin “atı mahmızlamağa” hazırdır. Amma Çinin regional miqyasda konfliktə qabil olduğunu bilmək bir qədər çətindir.
Qarşıdurma ötən ilin noyabrında yüksək nöqtəyə çatmışdı. Çin təyyarələrin tanınması zonasını genişləndirərək, mübahisəli Senkaku adasını örtmüşdü və bəyan etmişdi ki, əgər “hava” məhkəmələri yeni uçuş reqlamentini tanımasalar, “müdafiə tədbirləri” həyata keçirə bilər. Bu gün çoxları düşünür ki, Çin Krımı güclə ilhaq edən Putini təkrarlamağa hazırdırmı? Əgər hazırdırsa, hadsələrin belə inkişafında ABŞ və onun müttəfiqləri ciddi problemlərlə toqquşmalı olacaqlar.
Çini bu savaşdan çəkindirə biləcək yalnız bir məqam var ki, bu da zəif hərbi-dəniz donanmasının mövcudluğudur. Qeyd etmək lazımdır ki, Yaponiya İkinci Dünya savaşında yeniləndən sonra güclü hərbi qüvvələr yaratmaqdan məhrum edilib və tam surətdə ABŞ-ın maraqlarına tabe olub. İndi Tokio tədricən özünümüdafiədən imtina edərək güclü templərlə silahlanmaqdadır. Yaxın beş ildə Yaponiyanın hərbi büdcəsi 240 milyard dollar olacaq. Bununla bərabər, həm Yaponiya, həm də Cənubi Koreya Çinlə hərbi münaqişə vəziyyətində ABŞ-ın onlara nə dərəcədə yardım göstərəcəyindən asılı olacaqlar. Heç kəs bilmir ki, Vaşinqton hətta, özünün geopolitik maraqlarını Sakit okeanda itirəcəyi təqdirdə belə, hansı dərəcədə hərbi münaqişəyə girmək istəyəcək. Bu baxımdan indi hadisələrin qısa müddət üçün inkişafını proqnozlaşdırmaq olduqca çətindir.
Hər şey ondan asılı olacaq ki, Pekinin ambisiyaları hara qədər uzanacaq və o, öz nüfuz sferasını hara qədər genişləndirməyə hazırdır. Həm də ondan asılı olacaq ki, ABŞ nə dərəcədə güzəştə getməyə razı olacaq. Ötən il ABŞ hərbi büdcənin azaldılmasına getdi. Ağ Ev quru qoşunlarının sayını 1941-ci ildəki minimum dərəcəyə endirməyi planlaşdırır. Bu isə indiki 540 minlik qoşunları 440 min nəfərə endirməkdir”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info