“Tourd’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilat komitəsinin iclası keçirilib
Tarix: 04.04.2014 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Aprelin 4-də “Tourd’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilat komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyi, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman, Daxili İşlər Nazirliklərinin, Bakı şəhər Baş Polis, Dövlət Yol Polisi, “İçərişəhər” Dövlət tarixi-memarlıq qoruğu İdarələrinin, “Azəryolservis” ASC-nin, Bakı Sərnişin Nəqliyyat MMC-nin nümayəndələri, Bakı şəhərinin rayonlarının, Abşeron rayonunun, Sumqayıt şəhər İcra Hakimiyyətlərinin məsul vəzifəli şəxsləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti və turun təşkilat komitəsinin sədri Sahib Ələkbərov “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turu barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunan "Tour d`Azerbaidjan-2014" Beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Mayın 7-də start götürəcək "Tour d`Azerbaidjan-2014" beynəlxalq velosiped turu 5 mərhələdə keçiriləcək. Bakı şəhərindən start götürən ilk mərhələ Sumqayıt şəhərində başa çatacaq, sonrakı mərhələdə isə Bakı şəhərini və 8 rayonu əhatə edəcək. 5 mərhələnin marşrutlarının ümumi uzunluğu 840 km-ə yaxındır.
Qeyd olunub ki, ötən il keçirilmiş "Tourd`Azerbaidjan" yarışının yüksək səviyyədə təşkil olunduğunu nəzərə alan Beynəlxalq Velosipedçilər İttifaqı bu il yarışın statusunu bir qədər də yüksəldib və cari ildə yarış 2.1 kateqoriyasında keçiriləcək. Əgər əvvəllər veloturda əsasən kontinental və yığma komandalar iştirak edirdisə, 2.1 formatında təşkil ediləcək yarışda pro-kontinental, kontinental və milli yığma komandalar mübarizə aparacaqlar.
Veloturda 22 ölkədən, o cümlədən Azərbaycan, ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya, Hollandiya, Belçika, Çin, Danimarka, Avstraliya, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər xarici ölkələrdən 500 nəfərdən çox iştirakçının iştirakı gözlənilir. Veloturda “Synergy Baku Cycling Project” daxil olmaqla 25 komanda iştirak edəcək. Komandalar arasında 8 professional kontinental komanda, 16 kontinental komanda və bir milli komanda var. İclasda veloturun təşkilat komitəsinin üzvü, Almaniyanın “Freunde Eventagentur GMBH” şirkətinin rəhbəri Albrext Röder çıxış edərək turun marşrutları və texniki məsələləri barədə müfəssəl məlumat verib. Sonra “Tourd’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilatı işləri barədə müvafiq dövlət qurumlarının və yerli icra orqanlarının məsul nümayəndələri ilə fikir mübadiləsi aparılıb, işlərin daha yüksək səviyyədə təşkili istiqamətində tədbirlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib.
Qeyd etmək lazımdır ki, "Tour d`Azerbaidjan-2014" velosiped turunun bütün mərhələlərinin yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən “Eurosport” televiziya kanalı vasitəsilə geniş işıqlandırılması nəzərdə tutulur. “Eurosport” televiziya kanalı hər mərhələdən sonra efirdə tur barədə yarım saatlıq proqram hazırlayacaq, son mərhələdən isə 1.5 saatlıq yayımla dünya ölkələrinə birbaşa yayımlanacaqdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info