ABŞ rəsmisinin gəlişi Qırğızıstanda gərginlik yaradıb
Tarix: 04.04.2014 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


“Son günlər ölkədə müxalifətin aktivləşdirilməsinin Nişi Desai Bisvalın ölkəyə səfəri ilə üst-üstə düşməsi təsadüf deyil”. Bu fikri qırğızıstanlı politoloq Mars Sariyev müsahibələrinin birində bildirib.
Onun sözlərinə görə, son günlər ABŞ Dövlət Departamenti katibinin köməkçisi Nişi Desai Bisvalın və Avropa Şurası işçi qrupunun Şərqi Avropa və Orta Asiya üzrə nümayəndələrinin son səfərləri Qərbin Orta Asiya ölkələrində geosiyasi planları ilə əlaqədardır: “Qərb üçün öz geosiyasi planlarını Ukraynada həyata keçirmək mümkün olmadı, ona görə də, indi onlar Orta Asiya ölkələrində gərginlik yaratmaq, müxalifəti təzyiq vasitəsilə hökumətlə dialoqa nail olmasına inandırmaq istəyirlər”.
Ekspertin sözlərinə görə, Qərbin məqsədi Qazaxıstanın, Qırğızıstanın və Tacikistanın Rusiyaya meyillənməsinin qarşısını almaq, ABŞ-ın maraqlarına uyğun olaraq, bu ölkələrdə öz siyasətini qurmaq üçün onları təzyiq altında saxlamaqdır.
Xatırladaq ki, martın sonlarında Avropa Şurası işçi qrupunun Şərqi Avropa və Orta Asiya üzrə nümayəndələri Qırğızıstanda prezident və parlament rəhbərliyi ilə, xarici işlər, ədliyyə, kənd təsərrüfatı, enerji, iqtisadiyyat və maliyyə, eləcə də Avropa İttifaqı ilə əməkdaşlıq üzrə milli koordinator nazirliklərinin rəhbərləri ilə görüşlər keçirmişdi.
Bu arada Qırğızıstanın milli müxalifət hərəkatı aprelin 10-da dinc mitinq keçirməyi qərara alıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info