Obama Rusiyaya qarşı sanksiyaları dəstəkləyən fərman imzalayıb
Tarix: 04.04.2014 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatası tərəfindən qəbul olunan və Ukraynadakı böhrana görə günahkar güman edilən şəxslərə qarşı sanksiyaların dəstəklənməsi və Ukraynaya yardım göstərilməsi haqqında fərman imzalayıb.
“RİA Novosti”nin xəbərinə görə, bu barədə prezidentin mətbuat katibi Cey Karni bildirib. Qanun Ukraynaya 1 mlrd dollar məbləğində kreditin və 150 mln dollar məbləğində dərhal yardımın ayrılmasını nəzərdə tutur. Obama həmçinin Rusiyaya qarşı 2 mərhələli sanksiyaların tətbiq olunması haqqında fərman imzalayıb. Obama həmçinin Ukrayna və yaxın ölkələrə yayımlanan ABŞ dövlət KİV-lərinin maliyyələşməsini nəzərdə tutan qanun imzalayıb. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ölkənin NATO yanında baş hərbi nümayəndəsi general-polkovnik V.Yevneviçi məsləhətləşmələr üçün Moskvaya çağırıb. Bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib. “Vəziyyətin süni gərginləşdirilməsi bizim seçimimiz deyil. Buna baxmayaraq, biz NATO ilə əməkdaşlığı davam etdirməyin mümkünsüz olduğunu görürük”- deyə Antonov vurğulayıb. Antonov qeyd edib ki, NATO ölkələrinin Rusiya ilə hərbi və mülki əməkdaşlığa son qoymaq qərarı çoxillik işin nəticələrini sıfıra endirib.





 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq
24.03.2019
Türkiyə Mozambikə humanitar yardım göndərib
24.03.2019
Tailandda parlament seçkiləri keçirilir
24.03.2019
Malidə silahlı hücum nəticəsində ölənlərin sayı 115-ə çatıb
24.03.2019
Çin Pakistan iqtisadiyyatının dirçəldilməsi üçün 2,1 milyard dollar kredit verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info