Böyükşor gölünün sahil xətti boyunca bulvar inşa ediləcək
Tarix: 04.04.2014 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Prezident tərəfindən təsdiq edilmiş Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında Abşeron yarımadasının 9 gölünün (Xocahəsən, Böyükşor, Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı göl, Qırmızı, Puta (Lökbatan), Qu, Zabrat, Bülbülə, Zığ gölləri) ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verilib,
İqtisadiyyat və Sənaye Nazirliyi əsas icraçı kimi müəyyən olunub.
Tapşırıqların icrası məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin aidiyyəti qurumlardan ibarət İşçi Qrupu yaradılmış, ətraf mühitin ekoloji vəziyyətin yaxşılaşdırılması, göllərin bərpası layihəsi çərçivəsində görüləcək işlərin effektivliyinin artırılması məqsədilə bu sahədə böyük təcrübəyə malik Hollandiyanın “Witteveen+Bos” şirkəti cəlb edilib. İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Abşeron yarımadasında yerləşən göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması layihəsi ilə bağlı hazırlanmış yekun hesabatın təqdimatı keçirililib. Tədbirdə Abşeron yarımadasında yerləşən göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələsinə xüsusi önəm verildiyi vurğulanıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası tarixi layihə adlandırılıb.
Tədbirdə Abşeron yarımadasında yerləşən göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə məsləhətçi “Witteveen+Bos” şirkəti tərəfindən görülmüş işlər və əldə edilmiş nəticələr, eləcə də göllərin bərpası üzrə konseptual layihə barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə çıxış edən “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Abşeron göllərinin bərpası layihəsi çərçivəsində görülmüş işlərdən danışıb. “Witteveen+Bos” şirkətinin nümayəndələri Abşeronda yerləşən 9 gölün bərpası layihəsi çərçivəsində aparılmış çöl işləri, tədqiqatlar və təhlillər barədə məlumat veriblər. “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Oqtay Məmmədov isə Böyükşor gölünün bərpası üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib. Böyükşor gölünün ekoloji bərpası ilə əlaqədar layihə iki mərhələdə həyata keçiriləcək. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə gölün Olimpiya Stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunacaq. Bu mərhələdə gölün şimal hissəsinin tarixən neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılaraq təcrid olunması nəzərdə tutulur. Layihə çərçivəsində ərazinin qərb sahili boyunca bənd tikiləcək və bu bənd yaxın gələcəkdə altıxətli, ikitərəfli və birinci dərəcəli magistral yol kimi xidmət göstərəcək. Bənd formasında inşa olunacaq bu yol həm də 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarınadək gölün təmizlənəcək şərq hissəsini təcrid edəcək. Bundan başqa, ilkin mərhələdə Böyükşor gölünə axıdılan çirklənmiş suların qarşısı alınacaq və dövriyyə zamanı çirklənmiş su Hövsan Aerasiya Stansiyasına istiqamətləndiriləcək. Sahil xətti boyunca gəzinti bulvarının inşası və buradan stadion ərazisinə keçid nəzərdə tutulub. Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ isə 2015-2020-ci illəri əhatə edəcək. Bununla da, göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq.
İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info