Ağdaşda 50 sahibkara 1,3 milyon manat güzəştli kredit ayrılıb
Tarix: 04.04.2014 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini
davam etdirir.

Fond tərəfindən Ağdaş rayonunun Qaradağlı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. 80-dək sahibkarın iştirak etdiyi forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir çörək istehsalı müəssisəsinin, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatının, kiçik və orta həcmli istixana və bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Qeyd olunub ki, sahibkarların istəyinə uyğun olaraq kiçik həcmli investisiya layihələri bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 1014 sahibkara 44,7 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərin reallaşdırılması 2500-ə yaxın yeni iş yerlərinin açılmasına imkan yaradır. Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7598 investisiya layihəsinin maliyyələşdirilməsinə 326 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq, tingçilik və toxumçuluq, istixana təsərrüfatlarının, çörək zavodlarının, meyvə-tərəvəz, süd, ət emalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilib. Bu layihələrinin reallaşdırılması 29 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir.
İqtisadiyyat və Sənaye Nazirliyinin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov dövlət başçısının diqqət və qayğısı nəticəsində digər bölgələrdə olduğu kimi, Aran iqtisadi rayonunda, o cümlədən Ağdaşda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin, yeni iş yerlərinin açıldığını bildirib.
İşgüzar forum çərçivəsində Ağdaş və ətraf rayonlardan olan 50 sahibkara 1,3 milyon manat güzəştli kredit ayrılıb. Verilmiş kreditlər əsasən, heyvandarlıq, bağçılıq və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Qaradağlı kəndində keçirilmiş işgüzar forumda, həmçinin sahibkarlar və müvəkkil kredit təşkilatlarının nümayəndələri investisiya layihələri barədə birgə müzakirələr aparıb və tərəflər arasında işgüzar münasibətlər yaradılıb.
Forum çərçivəsində Ağdaş rayonunun Ərəbocağı kəndində güzəştli kredit ayrılmış müasir heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info