“ABŞ Azərbaycan hökumətinə daim dəstək verəcək”
Tarix: 05.04.2014 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Riçard Morninqstar: “Məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün ən böyük vəsaiti Azərbaycan hökuməti ayırır”

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarı və səfirliyin əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran Ə.Həsənov ABŞ-ın Azərbaycandakı səfirliyinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkün soydaşlarımıza göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib.
R.Morninqstar görüşdə əsas məqsədinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərə az da olsa töhfə vermək, bunun üçün müxtəlif infrastruktur və digər layihələr həyata keçirməkdən ibarət olduğunu nəzərə çatdırıb: “Məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün ən böyük vəsaiti Azərbaycan hökuməti ayırır. Düşünürəm ki, bizim də həyata keçirəcəyimiz layihələr buna kömək ola bilər”. Morninqstar hazırda səfirlik tərəfindən müxtəlif ərazilərdə həyata keçirilən texniki layihələrin icra vəziyyəti barədə danışıb. O, 45 məcburi köçkün uşağın müxtəlif kurslara cəlb olunması üçün yaradılacaq yay məktəbindəki layihələrin həyata keçirilməsi məqsədilə maliyyələşmənin təsdiqləndiyini də bildirib. ABŞ səfiri bu yaxınlarda Gəncə şəhərinə növbəti dəfə səfər edəcəyini və burada yeni istifadəyə verilmiş şəhərcikdəki məktəbə baş çəkəcəyini, məktəbin fəaliyyəti ilə yaxından tanış olacağını da diqqətə çatdırıb. Müxtəlif ərazilərdə məskunlaşan məcburi köçkünlərlə görüşdən aldığı təəssüratdan, onlarla söhbətlər zamanı ən böyük istəklərinin doğma ocaqlarına qayıtmaq istəyi olduğundan məmnunluğunu bildirən R.Morninqstar ABŞ-ın bu istiqamətdə Azərbaycan hökumətinə daim dəstək verəcəyini bildirib. O, Azərbaycanda gedən iqtisadi inkişafı, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Rəsmi Vaşinqtonun azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət verdiyini deyən R.Morninqstar bu istiqamətdə həyata keçiriləcək layihələrdə iştiraka hazır olduqlarını diqqətə çatdırıb. Ə.Həsənov bu cür layihələrin həyata keçirilməsini vacib sayıb, bütün bunların məcburi köçkünlərin istər həyat şəraitinin yaxşılaşdırılmasında, istərsə də onlar arasındakı reabilitasiya problemlərinin həllində mühüm rol oynayacağını qeyd edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hazırkı durum, bu münaqişə nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info