Heydər Əliyev Fondunun dəstəyi ilə iməcilik keçirilib
Tarix: 07.04.2014 | Saat: 14:28:00 | E-mail | Çapa göndər


Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.
Məlum olduğu kimi, Heydər Əliyev Fondunun xalqımızın mənəvi dəyərlərinə yüksək ehtiram nümayiş etdirərək yaşıllaşdırma kampaniyalarına start verməsi ölkənin hər bir bölgəsində böyük rəğbətlə qarşılanır.
Bu ənənəyə sadiq olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə ağacəkmə kampaniyasına Qaradağ rayonunda da başlanılıb. Rayonun Səngəçal və Sahil qəsəbələrinin nəzərdə tutulmuş ərazilərində, eləcə də Bakı-Salyan avtomobil yolunun kənarında Eldar şamı, şam, kiparis və müxtəlif növ gül kolları olmaqla 5 mindən çox ağac əkildi.
Bu nəcib aksiyada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Şura üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün başlanan bu hərəkat daha da genişlənərək böyük ərazini əhatə edəcək. Əkilən ağacların qorunması üçün müvafiq suvarma sistemi qurularaq gecikdirilmədən aqrotexniki qulluq göstəriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info