GMO məhsullarının sağlamlıq üçün yaratdığı təhlükələr mövzusunda debat
Tarix: 07.04.2014 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi “Gənclərin GMO məhsullarının insan sağlamlığı üçün yaratdığı təhlükələr və bu sahədə qanunvericilik aktları barədə maarifləndirilməsi” mövzusunda debat keçirib. Tədbirdə iştirak edən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov mövzu ilə əlaqədar bir sıra maraqlı fikirlər səsləndirib. O, deyib: “Genetik modifikasiya olunmuş məhsulların Azərbaycan bazarında bu şəkildə geniş yayılması həm də milli təhlükəsizlik məsələsidir. Bu problemlə mübarizəni təkcə dövlət orqanlarının üzərinə atmaq düzgün deyil. Cəmiyyət də bu sahədə fəal olmalı, geni dəyişdirilmiş məhsullardan imtina etməlidir”. Millət vəkili billdirib ki, Azərbaycan qanunvericiliyi GMO məhsullarının ölkəyə ixracı və satışını qadağan etsə də, hazırda əhalinin istehlak etdiyi ərzaq və meyvə-tərəvəzin böyük əksəriyyəti xarici ölkələrdə yetişdirilmiş GMO məhsullarıdır. Onun sözlərinə görə, son illər bu məhsullara qarşı mübarizə tədbirləri gücləndirilsə də, hələ ki, lazımi nəticə əldə olunmayıb.
V.Əhmədov hesab edir ki, insan sağlamlığı üçün ciddi təhlükə yaradan GMO məhsullarının Azərbaycana daxil olmasının qarşısının alınmasında əsas yük Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin üzərinə düşür. Onun sözlərinə görə, komitə sərhəd-gömrük məntəqələrində Azərbaycana daxil olan məhsulların keyfiyyətini ölçmək üçün xüsusi laboratoriyalar quraşdırmalıdır: “Bu məsələ qanunda da əksini tapıb. Məndə olan məlumata görə, artıq belə laboratoriyaların alınması istiqamətində müəyyən addımlar atılır. Ancaq işlər sürətləndirilməlidir ki, ölkənin ərzaq təhlükəsizliyini, insanların sağlamlığını qoruya bilək”.
Millət vəkili əhalinin ekoloji təmiz məhsullarla təminatının yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən müvafiq proqramın təsdiqləndiyini də xatırladıb. O qeyd edib ki, həmin proqramın başlıca məqsədlərindən biri GMO məhsullarının Azərbaycana ixracının qarşısının alınmasından ibarətdir: “Həmçinin əhalinin ekoloji təmiz məhsullarla təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumları qarşısında vəzifələr qoyulub. Əslində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün yubanması bu mənada ölkəmizin xeyrinədir. Çünki beynəlxalq öhdəliyə görə, bu təşkilata üzv olan ölkələr, ümumiyyətlə, məhsulların ixracına və yerli bazarlarda satışına qadağa qoya bilməz. Ona görə də nə qədər ki, Ümumdünya Ticarət Təşkilatına qəbul olunmamışıq, biz özümüzü ekoloji təmiz məhsullarla təmin etməliyik. Həmçinin əhali də anlamalıdır ki, xaricdən gətirilən məhsulların genetik keyfiyyəti onların sağlamlığına ziyandır və heç kəs bu məhsulları almamalıdır. Ümumdünya Ticarət Təşkilatına qəbul olunanadək bu məsələləri həll etməliyik”
Tədbirdə çıxış edən ayrı-ayrı dövlət qurumlarının nümayəndələri görülən işlər və GMO-nun fəsadları barədə ətraflı məlumatlar veriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info