Tibb Universitetinin müəllimlərinə xaricdən təklif
Tarix: 07.04.2014 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Dünya ölkələrinin müxtəlif sahələr üzrə tanınmış tibb alimləri, professorlar Azərbaycan Tibb Universitetinin qonağı olublar. ATU rektoru, akademik Əhliman Əmiraslanovla görüşdə Amerika-Avstriya Fondunun direktoru, klinik urologiya üzrə professor Volfqanq Aulitski, Kolumbiya univrsitetinin klinik pediatriya üzrə professoru Con Lorenz, Amerika-Avstriya Fondunun digər əməkdaşları iştirak ediblər. Görüş zamanı millət vəkili Əhliman Əmiraslanov qonaqlara ATU-nun fəaliyyəti, universitetin həkim-müəllim heyəti, son illər istifadəyə verilən klinikaları barədə ətraflı məlumat verib. Daha sonra azərbaycanlı səhiyyə işçilərinin xarici ölkələrdə fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Volfqanq Aulitski da öz növbəsində ATU ilə tanışlığından məmnun qaldığını bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi Amerika-Avstriya Fondunun xətti ilə tanınmış professorlar, həkimləri dünyanın müxtəlif ölkələrində təlimlərdə çıxış edirlər. V.Aulitski ATU-nun peşəkar həkimlərini də təlimçilər sırasında görmək istədiyini bildirdi. Xarici qonaqlarla görüşdə ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev, beynəlxalq münasibətlər şöbəsinin müdiri Rəhimə Qabulova, rezidentura şöbəsinin dekan müavini İsmayıl Əfəndiyev, I cərrahi xəstəlikləri kafedrasının dosenti Nadir Zeynalov iştirak ediblər.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Nigar






 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info