“Bərabər hüquqlar – bərabər imkanlar” layihəsi yekunlaşıb
Tarix: 07.04.2014 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi IV qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Pirverdiyev Qadir Şakir oğlu Fondun dəstəyi ilə “Bərabər hüquqlar – bərabər imkanlar” layihəsini həyata keçirib. Layihənin keçirilməsində əsas məqsəd internat məktəblərini və uşaq evlərini tərk edəcək gənclərin sosial problemlərini həll etmək üçün onlara hüquqi və psixoloji maarifləndirməkdən ibarətdir. Layihə rəhbəri Qadir Pirverdiyev deyib: “Layihə Bakı şəhərində 1 ay müddətində keçirilmişdir. Bakı şəhəri üzrə müxtəlif dövlət orqanları və KİV-lə əlaqələr yaradılıb. İnternat məktəblərini və uşaq evlərini tərk etməyə hazırlaşan gənclər üçün internatlarda və uşaq evlərində “Sənin hüququn” mövzusunda təlimlər təşkil edilmişdir. Təlimlər interaktiv və qeyri-formal təhsil metodu formasında həyata keçirilmışdir. Seminarlarda gənclərə müəssisələri tərk etdikdən sonra öz sosial problemlərinin həllü üçün müvafiq orqanlara müraciət mexanizmləri və qanunvericilikdə nəzərdə tutulmuş müddəalar izah olunmuşdur. Ümumilikdə 1 ay ərzində 6 təlim keçirilib. Benefisiarların ümumi sayı 100 nəfər nəzərdə tutulub. Təlimlərdə gənclərə peşə təhsili alma, iş axtarmaq, şəxsiyyəti təsdiq edən sənədlərin alınması, yaşayış yeri ilə təmin olunma, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin alınması, valideynlərindən onlara qalan miraslardan istifadə və digər zəruri həyat vərdişləri ilə bağlı məlumatlar verilib. İnanırıq ki, layihə nəticəsində internatları və uşaq evlərini tərk edən gənclərin problemləri ilə müxtəlif qurumlardan daha yaxından tanış olacaqlar, müəssisələri tərk edəcək gənclərdə həyat bacarıqları formalaşacaq və müəssisələri tərk edəcək gənclərlə biznes qurumları arasında əməkdaşlıq əlaqələri daha da genişlənəcək”.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info