Hikmət Çətin: “N.Gəncəvi Beynəlxalq Mərkəzi böyük düşüncə mərkəzinə çevrilib”
Tarix: 07.04.2014 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədi ilə Türkiyədə silsilə görüşlər keçirilib. Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, sabiq xarici İşlər naziri və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətinlə Ankarada baş tutan görüşdə Forumda müzakirə ediləcək mövzular haqda fikir mübadiləsi aparılıb. Müzakirədə əsas diqqət II Müştərək Cəmiyyətlər Forumunun əsas mövzularından biri olan münaqişələrin həllinə ayrılıb. Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə də toxunan Hikmət Çətin bildirib ki, təşkilat artıq bir beynəlxalq təşəbbüs olaraq böyük düşüncə mərkəzinə çevrilib. Qeyd edək ki, forumun işində Hikmət Çətinin iştirakı və çıxışı nəzərdə tutulub. Bu arada Misirin paytaxtı Qahirədə foruma hazırlıqla əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldinin rəhbərliyi ilə təşkilat komitəsinin son toplantısı keçirilib. Toplantıda iştirak edən Latviyanın keçmiş prezidenti Vayra Vike Frayberqa, Boliviyanın keçmiş dövlət başçısı Jorge Quiroga, Niderlandın keçmiş baş naziri Vim Kok, BMT-nın Hökumət Komissiyasının sədri, YUNESKO və Ümümdünya Telekommunikasiya Birliyinin Brodband Komissarı, səfir Valter Füst forumda müzakirə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, 2013-cü ilin mayında Bakıda keçirilmiş I Cənubi Qafqaz Forumunun davamı olan II Qlobal Müştərək Cəmiyyətlər forumu bu il aprelin 27-30 tarixlərində baş tutacaq. Forumda 200 nəfər keçmiş dövlət və hökumət başçısının, eləcə də nüfuzlu elm adamları, ictimai xadimlərin iştirakı gözlənilir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”
18.02.2019
“Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq”
18.02.2019
“Moskvadakı insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq cəhdi idi”
17.02.2019
Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info