Ədliyyə Nazirliyi gənclər üçün hazırlıq kursu təşkil ediləcək
Tarix: 07.04.2014 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyi ədliyyə orqanlarında qulluğa daxil olmaq istəyən gənclər üçün hazırlıq kursunun təşkilinə başlayır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin kadr korpusunun layiqli gənc mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə cari ilin fevral ayının 15-də elan edilmiş növbəti açıq müsabiqə üzrə hazırda ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının sənədlərinin qəbulu davam edir.
Müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə çatdırılır ki, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası onların test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə cari ilin aprel ayının 14-dən etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında müvafiq hazırlıq kursunun təşkilinə başlayır.
Kursda iştirak etmək istəyən namizədlərin ərizələri Ədliyyə Akademiyasında (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31) qəbul olunur.
Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.
Əlavə məlumat Nazirliyin internet səhifəsindən (www.justice.gov.az), eləcə də 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info