Azərbaycan CAR-da festivalda təmsil olunub
Tarix: 07.04.2014 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi və "CAR-da Azərbaycanın dostları" təşkilatının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş tədbirlər çərçivəsində Yohannesburq şəhərində baş tutmuş turizmin inkişafına həsr edilmiş "Coburq Səyahət Festivalı"nda (Joburg Travel Festival) Azərbaycan xüsusi guşə ilə iştirak edib. Bu barədə Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyinin yaydığı məlumatda bildirilir.
CAR-da ilk dəfə təşkil edilən festivalın əsas məqsədi bu ölkədə fəaliyyət göstərən turizm şirkətlərini və səfirlikləri bir araya toplayaraq gördükləri işləri və xarici ölkələrin turizm potensialını nümayiş etdirmələri və ümumilikdə CAR ictimaiyyətinə səyahət etmək üçün yeni və nadir ölkələrin təqdim edilməsi olub.
Səfirlik Azərbaycan üçün ayrılmış hissədə ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotoşəkillər, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin çap materialları, foto şəkillər, xalçalar, kitablar, turizm bukletləri və mədəniyyətimizi əks etdirən digər əşyaları nümayiş etdirib. Festivalda Naxçıvana aid xüsusi təbliğat və foto materiallar nümayiş etdirilib. Səfirliyin guşəsində 2012-ci ildə Pretoriya şəhərində təsis edilmiş "CAR-da Azərbaycanın dostları" təşkilatın da təbliğat materialları yer alıb.
Ziyarətçilərə ölkəmiz barəsində məlumat kitabçaları və təşkilatın bukletləri paylanılıb.
Festival zamanı səfirliyin nəzdində fəaliyyət göstərən rəqs qrupu tərəfindən qonaqlara müxtəlif Azərbaycan milli rəqsləri nümayiş edilib.
Tədbir yerli və xarici KİV nümayəndələri tərəfindən işıqlandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Milli Məclisdə Kanada parlamentarisinin Dağlıq Qarabağa qanunsuz səfəri pislənildi
02.06.2020
Kevin Hern Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info