Bakının girişində 5 bağlantı yolunun tikintisi ilə bağlı layihəyə start verilib
Tarix: 07.04.2014 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Bakı-Ələt yolunun 4-6-cı km hissəsində (Bayıl dairəsi ilə "Bibiheybət" məscidi arasında) bağlantı yollarının və piyada keçidinin tikintisi nəzərdə tutulub. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, orada 5 bağlantı yolunun olması planlaşdırılır. Bağlantı yollarının ümumi uzunluğunun 5711 metr olacağı nəzərdə tutulur. Bağlantı yollarından biri üçzolaqlı, biri altızolaqlı, digər 3-ü isə dördzolaqlı olacaq.
Paralel olaraq bu hissədə Bayıl dairəsi ərazisində yeni piyada keçidinin tikintisinə başlanılıb. Piyada keçidi 4 giriş-çıxışdan ibarət olacaq. Keçidin uzunluğu 100 metr, eni 8 metr, hündürlüyü 4 metr təşkil edəcək. Hazırda həmin ərazidə svay vurma və kommunikasiya xətlərinin köçürülməsi işləri həyata keçirilir.
Qeyd edək ki, bağlantı yollarının 3-ü vasitəsilə Su İdmanı Növləri Sarayına da giriş-çıxış mümkün olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info