AŞPA sədri: “Qarabağ münaqişəsinin həlli üçün dialoqa rəvac vermək lazımdır”
Tarix: 07.04.2014 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dialoqa rəvac vermək lazımdır”. bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri An Brassör (Anne Brasseur) qurumun bazar ertəsi öz işinə başlayan yaz plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyəti, eləcə də Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüşlərin bundan sonra da davam etdirilməsinə münasibət bildirərkən deyib.
A.Brassör qeyd edib ki, o bu parlament diplomatiyasını davam etdirməyə cəhd edir, çünki çox ciddi bir münaqişə mövcuddur və davam edir: "Danışmaq üçün hər bir fürsəti dəyərləndirmək lazımdır. Buna görə mən əvvəlki AŞPA sədrlərinin ənənəsini davam etdirməyə cəhd edəcəyəm. Həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini öz kabinetimə dəvət edəcəyəm. Bu işi davam etdirəcəyəm və onları birgə görüşlər keçirməyə inandıracağam. Dialoqa rəvac vermək lazımdır. AŞPA-nın bu sessiyasında ortaq məxrəcə gəlmək, hansı formada görüşmək və bu müzakirələri hansı əsaslar üzərində davam etdirmək üçün hər iki nümayəndə heyətlərinin rəhbərləri ilə fərdi şəkildə əlaqə qurmağa cəhd edəcəyəm".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info