“The Financial Times“: “Niyə Avropa Ukrayna məsələsində strateji düşünə bilmir?”
Tarix: 07.04.2014 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


“Rusiya bu məsələdə yüksək səviyyədə siyasət və geostrategiya düşünüb”

Böyük Britaniyanın "The Financial Times" nəşrində müəllif Gideon Rachman Avropanın strateji düşünə bilmədiyi barəsində yazı yazıb. Oxşar başlıqlı yazıda yazıda deyilir: “Avropa Birliyi Ukraynanın payına düşən bədbəxtçiliklərdə günahkardırmı? Bu sual hazırda Britaniyalı siyasətçi Nayjel Faracın “Avropanın da əli qana batıb” fikrinə görə tez-tez verilir. Belə görünür ki, avropalılar Ukraynanın “Avropaya daxil olması”nda məsuliyyətsiz davranıblar. Onlar Rusiyanın özünü aqressiv apara biləcəyi barədə qətiyyən fikirləşməyiblər. Faracın bu baxışı kəskin tənqidlə qarşılaşıb. Amma Avropa Birliyinin bu məsələdə günahı barəsində təkcə o danışmır. Bu cür fikirləri Asiya və amerikan siyasətçilərindən də eşitmək olar. Bəs onda bu məsələdə Avropa Birliyini günahlandırmaq olarmı? Düşünürəm ki, yox. Nümayişçilərin Kiyevdə güllələnməsi də Brüsselin əmri ilə baş verməmişdi. Hətta, Avropanın bu qarşıdurmanı əvvəlcədən bildiyni təxmin etmək də mənasızdır. Bütün böhran özündə gözlənilməz hadisələrin zəncirini ehtiva edirdi. Bundan başqa əvəlcədən təxmin etmək çətin idi ki, Avropa Birliyinin üç xarici işlər naziri ilə razılıq imzalayandan cəmi bir neçə saat sonra Yanukoviç öz adamlarına ölməyə imkan yaradacaq, sonra da ölkədən qaçacaq.
Ümumiyyətlə, məncə, etiraf etmək lazımdır ki, Avropa Birliyinin Ukraynaya münasibətdə heç vaxt strategiyası olmayıb. Avropa Birliyinə ümumiyyətlə, Ukrayna ilə bağlı kara gələn bir siyasət işləmək müyəssər olmayıb.
Bununla bərabər, AB Ukraynaya münasibətdə darçərçivəli, texnokratik, yalnız bu böyük qonşu ölkə ilə ticarət danışıqları aparmaq siyasəti yürüdüb. Bundan sonra haçansa onun Avropa Birliyinə qəbul olunacağı gözləntisindən söhbət açılıb. Avropa Birliyi belə bir təmənnada ikən, Rusiya bu məsələdə yüksək səviyyədə siyasət və geostrategiya düşünüb.
Nəticədə, Rusiya ilə geopolitik qarşıdurma durumuna düşən AB necə davranacağını və reaksiyasının nədən ibarət olacağını bilməyib”.
Daha sonra yazıda qeyd edilir ki, Ukrayna ilə bağlı strateji yanaşma məsələsində AB-də fikir ayrılıqları yaranıb: “Aydın oldu ki, onların hər birinin müxtəlif məqsədləri var. Məsələn, Polşa və Baltikyanı ölkələr həmişə Ukraynanı Avropa Birliyinə çəkmək istəyiblər. Amma Qərbi Avropa ölkələrindən bir neçəsi – o cümlədən, Fransa da bu məsələdə çox skeptik əhvali-ruhiyyədə olublar. Buna görə də aydın olub ki, AB hər şeydən yaxşı halda, strateji yox, texnokrartik yanaşma etməlidir.
Kimsə deyə bilər ki, hazırkı böhran sonda avropalıları strateji yanaşmaya apara bilər. Amma mən buna çox da əmin deyiləm. Problem ondadır ki, AB hələ də bu məsələdə bölünmüş vəziyyətdədir. Polşalılar və baltiklilər hələ də sərt xətti tutublar. Britaniyalılar danışıqlardan yayınıblar. Bu məsələdə səsi çox vacib olan almanlar da bölünüblər: sərt tədbirlərin tərəfdarları arasında biz kansler Merkeli görürük. Bu zaman isə Almaniya Sosial-Demokrat Partiyasının bir sıra üzvləri Rusiya ilə yaxınlaşmağa çalışır.
AB-nin cənub-şərq qanadı – Yunanıstan, Bolqarıstan, Slovakiya, Macarıstan isə daha çox rusiyameyillidir”.
Qeyd edilir ki, başlayan beynəlxalq böhranlar ümid oyadır ki, bu dəfə Avropa Birliyi özünü real xarici siyasət strategiyasını işləməyə ehtiyac duyacaq: “Amma bu, sadəcə, bir ümiddir və mən düşünmürəm ki, bu dəfə nə isə dəyişəcək”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info