Doğma diyarımızı necə tanıyırıq?
Tarix: 07.04.2014 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər fondu və universitetin Tələbə Gənclər Təşkilatı tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Mən Naxçıvanı tanıyıram” bilik olimpiadası keçirilib. Naxçıvan Dövlət Universitetinin(NDU) Mətbuat şöbəsinin müdiri Mehriban Sultanın “Palitra”ya verdiyi məlumata görə,
Naxçıvan Muxtar Respubikasının yaradılmasının 90 illiyinə həsr olunmuş olimpiadanın I mərhələsi NDU-da reallaşdırılıb. Universitetin rektoru, biologiya elmləri doktoru, professor Sale Məhərrəmov olimpiada iştirakçılarına uğurlar arzulayaraq vurğulayıb ki, muxtar respublikanın təbliği və tanıdılması, gənclərin bu sahədə biliklərinin yoxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd gənclərin Naxçıvanın tarixi, ədəbiyyatı, mədəniyyəti, coğrafiyası və digər sahələri barədə məlumatlarını dərinləşdirmək, yüksək bilik və bacarığa malik gəncləri üzə çıxarmaq, onları ictimai və elmi fəaliyyətə həvəsləndirmək, gənclər təşkilatları ilə əməkdaşlığa cəlb etməkdir. 311 nəfərin iştirak etdiyi bilik olimpiadasının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər fondu və Naxçıvan Dövlət Universitetin Tələbə Gənclər Təşkilatının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirəcək. Xatırladaq ki, ən yüksək nəticə göstərmiş 40 nəfər tələbə final mərhələsinə vəsiqə qazanacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info