Lənkəranda sahibkarlar üçün treninq keçirilib
Tarix: 07.04.2014 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran rayonunun Şürük kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
“Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları”, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında təşkil edilən treninqlərdə Avropa İttifaqına ixrac imkanları və mövcud qanunvericilik, ekoloji təmiz kənd təsərrüfatı və bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə ətraflı məlumat verilmiş, bu mövzularda təqdimatlar keçirilib.
Bundan başqa, treninq iştirakçıları İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və s. barədə məlumatlandırılıblar.
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info