BSU beynəlxalq elmi konfransa hazırlaşır
Tarix: 07.04.2014 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Heydər Əliyevin yaradıcısı olduğu Bakı Slavyan Universitetində(BSU) artıq beşinci ildir ki, keçirilən “Azərbaycanşünaslığın aktual problemləri” ənənəvi beynəlxalq konfransın ümummilli liderin anadan olmasının ildönümünə həsr olunması təsadüfi deyil. Azərbaycanşunaslıq məfkurəsinin dövlət siyasəti səviyyəsində təzahür tapması, Azərbaycanın dünya ölkələri sırasında tanınması və layiqli yer tutması məhz ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək V konfransa hazırlıq işləri tamamlanmaq üzrədir. BSU-nun Mətbuat Xidmətindən “Palitra”ya verilən məlumata görə, əvvəlki konfranslardan fərqli olaraq, bu il keçiriləcək konfransın təşkilat komitəsinin işində azərbaycanlı alim və tədqiqatçılarla yanaşı, xarici ölkələrin nümayəndələri də iştirak edir. Bu günlərdə BSU-da xarici nümayəndələrin iştirakı ilə təşkilat komitəsinin növbəti iclası keçirilib.
Təşkilat komitəsinin sədri, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev iclası açaraq bu konfransın azərbaycançılıq ideyasının inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə əmin olduğunu bildirib və konfransa hazırlıq mərhələsində təşkilat komitəsinin qarşısında duran məsələlərin həlli istiqamətində görülən işlərlə maraqlanıb. İclasda Heydər Əliyev irsinin tədqiqi və azərbaycançılıq ideyasının təbliğinə, ölkəmizdə multikultural cəmiyyətin xüsusiyyətləri və millətlərarası münasibətlərin, Azərbaycan tarixi və mədəniyyətinin, dil və ədəbiyyatının aktual problemlərinin 6 bölməsinin təşkili, qonaqların qarşılanması və yerləşdirilməsi, mədəni tədbirlər planının hazırlanması, konfrans materiallarının çapı ilə bağlı məsələlər geniş müzakirə edilib.
Konfransın proqramına əsasən bir dəyirmi masa Quba şəhərində təşkil olunacaq. Bununla yanaşı, xarici qonaqların Qubanın görməli yerləri ilə tanışlığı da nəzərdə tutulub. Təşkilat komitəsinin sədri professor K.M. Abdullayev bildirib ki, səyahəti təşkil etməkdə məqsəd Azərbaycanın qədim tarixi ənənələrini özündə yaşadan, multikulturalizmin kiçik modeli olan Quba ilə tanışlıqdır: “Hesab edirəm ki, səyahət çərçivəsində Qubada yerləşən kütləvi soyqırımı qurbanlarının məzarlığını ziyarət etmək də məqsədəuyğundur”.
Rusiya Federasiyasından təşkilat komitəsinin üzvü Ural Fedaral Universietinin professoru A. Q. Nesterov çıxışında Bakı Slavyan Universitetinin belə konfransların keçirilməsində böyük təcrübəsi olduğunu qeyd edib. Təşkilat komitəsinin üzvləri Gürcüstan Respublikasından İ.Cavaxişvili adına Tbilisi Dövlət A. Çikobava adına Linqivistika İnstitutunun direktor müavini, professor M. G. Mancqaladze, Türkiyə Respublikasının İzmir Ekonomi Universitetinin professoru F. Türkmən, Litva Edukoloji Universitetinin professoru V. Kavaliauskas, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli öz çıxışlarında konfransa hazırlıq çərçivəsində görülən işlərdən danışaraq, bir sıra təkliflər irəli sürüblər. BSU-nun rektoru professor A.A.Hacıyev səslənən təkliflərin konfransın hazırlanmasında faydalı olduğunu və qısa müddətdə həyata keçiriləcəyini bildirib.
Tural





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info