Orta Asiyada “isti payız” təhlükəsi
Tarix: 07.04.2014 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Əfqanıstandan çıxarılması bu ilə planlaşdırılır. Hazırda ölkədə 60 mindən çox Amerika əsgəri xidmət edir. Lakin bu gün bütövlükdə ölkədəki və regiondakı vəziyyəti sabit adlandırmaq olmaz. Beləliklə, 2015-ci ildə Əfqanıstanı, ümumiyyətlə, Orta Asiyanı hansı təhdid və problemlər gözləyir?
Moskva Karnegi Mərkəzinin Bişkekdə yerləşən Qırğızıstan Respublikası prezidenti yanında İdarəçilik Akademiyasının təqdim etdiyi hesabatda göstərilir ki, ABŞ hərbi gücünün azalması Əfqanıstanda digər böyük dövlətlərin hərbi varlığının artmasına gətirib çıxaracaq. Bunlar ilk növbədə Rusiya və Çin, eləcə də Əfqanıstanın digər qonşuları - Pakistan, İran, Hindistan ola bilər.
«Əfqanıstandakı qeyri-sabit vəziyyət göstərir ki, ölkənin gələcəyi hələ də müəyyən deyil. Ölkədə keçirilən prezident seçkiləri əfqan dövlətçiliyini möhkəmləndirmək üçün stimul ola biləcəkmi? Əlbəttə, seçkilər Əfqanıstanda etno-siyasi və qəbilə qüvvələrinin hazırkı böhranlı yaşam tərzini aydınlaşdırsa da, vəziyyətdən çıxış yolunu göstərə biləcəkmi?». Məlumatda belə deyilir.
Karnegi mərkəzinin eksperti Petr Topıçkanov Əfqanıstandakı prezident seçkilərinin əfqan dövlətçiliyini möhkəmləndirəcəyinə inanmadığını dilə gətirir: «Ola bilər ki, Həmid Kərzaidən sonra seçiləcək yeni prezident ölkəyə hər hansı bir yenilik gətirməyə cəhd edə, lakin Kərzai ölkə tarixində nüfuzlu siyasi xadim kimi qalır. Bununla belə, seçki prosesi Əfqanıstanda hakimiyyət uğrunda mübarizə “post-Amerika” mübarizəsinin başlanğıcı olacaq”.
Bu arada xatırladaq ki, Əfqanıstanda yerləşən ABŞ-ın hərbi kontingentinin ölkəni tamamilə tərk edəcəyi sualı açıq olaraq qalır. Çox ehtimal ki, sülhməramlı qüvvələr “İraq modeli" kimi saxlanılacaq.
Qeyd edək ki, neftlə zəngin İraqdan fərqli olaraq, bu gün Əfqanıstanda xarici yardımdan başqa heç bir digər mənbələr yoxdur. Qoşunların tam çıxarılması ölkəni bu yardımlardan da məhrum edə bilər. Bu halda da Əfqanıstanda sabitliyin pozulması təhlükəsi çox yüksək ola bilər.
"Talibanın qələbəsi İslam radikalları üçün qələbə kimi qəbul olunacaq. Onlar Suriyada, Misirdə hakimiyyət uğrunda mübarizə aparırlar. İndi də Əfqanıstan. Niyə bu potensialdan istifadə etməsinlər?
Əlbəttə, bu onların sabah "yaşıl inqilab" edəcəyi demək deyil, amma təbliğat qruplarının intensivləşdirilməsi geniş vüsət alacaq.
Nəzərə alaq ki, bu gün Qırğızıstanda qadınların təxminən 30 faizi hicab, kişilərinsə əksəriyyəti İslam paltarları geyinirlər və ölkədə bu tendensiyalara maneələr qoymaq mümkün deyil». Bunu isə rusiyalı ekspert Aleksey Malaşenko bildirir və «Qırğızıstan üçün «baharın yox, payızın isti olacağına» eyham vurur.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info