“Mən Bakı şəhərində dəfələrlə olmuşam. Hər gəlişimdə şəhərdə qarşılaşdığım çox sürətli inkişaf və əsaslı dəyişikliklər məni müsbət mənada heyrətləndirir”.
Bu sözləri “Kaspi” Təhsil Mərkəzi tərəfindən Bakıda keçirilmiş VI Beynəlxalq təhsil sərgisinin iştirakçısı, Böyük Britaniyada yerləşən “Astrum” Təhsil Müəssisəsinin satış meneceri Yekaterina Bryzqalova söyləyib. O bildirib ki, bir çox azərbaycanlı gəncin Böyük Britaniyada təhsil almaq arzusu var. E. Bryuzqalova “Astrum” şirkəti olaraq əsas məqsədlərinin azərbaycanlı şagirdlərin Birləşmiş Krallığın orta məktəblərində təhsil almaları və sonra da oradakı universitetlərə asanlıqla qəbul edilmələri olduğunu diqqətə çatdırıb. Müsahib “Kaspi” Təhsil Mərkəzi ilə əməkdaşlığın təmsil etdiyi müəssisə üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
|