Səyyar həkim briqadaları müayinələri davam etdirir
Tarix: 07.04.2014 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov bildirib ki, tibbi müayinələrin aparıldığı mərkəzi rayon xəstəxanası Prezidentin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına inşa olunaraq ötən il istifadəyə verilmiş, bütün şöbələr ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib.
Burada hər gün yüzlərlə sakin müayinə olunur. Bundan başqa 8 həkim briqadası tərəfindən kəndlərdəki sahə xəstəxanalarında və tibb məntəqələrində də əhalinin tibbi müayinəsi həyata keçirilir. Qrafikə əsasən indiyədək 69 idarə, müəssisə və təşkilatların kollektivləri, Ağcabədi şəhərinin və 14 kəndin sakinləri daxil olmaqla 49 min 500 nəfərdən çox sakin müayinə olunub.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Novruz Abbasov aksiyanın təşkili və ilkin nəticələri barədə məlumat verərək demişdir ki, müayinələr yüksək ixtisaslı və təcrübəli tibb mütəxəssisləri tərəfindən aparılır. Vətəndaşlar kardioqram, ultrasəs, laborator və sair müayinələrdən keçirilir. İndiyədək müayinə olunmuş sakinlərdən 1377-si ambulator, 287-si stasionar müalicəyə cəlb edilib, 150 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib. Sakinlər daha çox böyrək, ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Hazırda səyyar həkim briqadaları rayonun qəsəbə və kəndlərində müayinələri davam etdirir. Qrafikə əsasən növbəti səyyar müayinələr ən böyük yaşayış məntəqələrindən olan Hindarx qəsəbəsində aparılır. Qəsəbə xəstəxanasının baş həkimi Tahir İsmayılovun verdiyi məlumata görə, aprelin 2-dən indiyədək 1500-dən çox sakin tibbi müayinədən keçirilib. Səhhətində müəyyən problemlər aşkarlanmış 6 nəfərə stasionar müalicə təyin edilib, 15 nəfər mərkəzi rayon xəstəxanasına göndərilib. Bu humanist və nəcib təşəbbüs sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info