DSMF-də Dünya Bankının ekspertləri ilə görüş olub
Tarix: 07.04.2014 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq şöbələrinin rəhbərləri ilə Dövlət Xərcləri və Maliyyə Cavabdehliyi (PEFA) proqramı üzrə Dünya Bankının (DB) ekspertləri arasında görüş keçirilib.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan qəzetimizə verilən məlumata görə, görüş zamanı fondun əsas fəaliyyət istiqamətləri, büdcə-proqnozlaşdırma işinin təşkili, qurumun büdcəsinin hazırlanması və təsdiq edilməsi prosesi, gəlir və xərclərinin mənbələri və istiqamətləri, məşğulluq və sosial vəziyyət göstəriciləri ilə bağlı olan əsas parametrlər, sığortaedənlərin uçotu qaydaları, məcburi dövlət sosial sığorta haqlarının toplanması və bu sahəyə nəzarət işinin təşkili və aparılması məsələləri müzakirə olunub.
Bundan əlavə, Bankın ekspertlərinin aidiyyəti sualları cavablandırılarkən, ölkədə məcburi dövlət sosial sığorta və pensiya təminatı sahəsində son illər aparılmış islahatlar, bunun nəticəsi olaraq yeni qurulmuş sığorta-pensiya sisteminin xüsusiyyətləri, bir müddət əvvəl BMT-nin İnkişaf Proqramı, DB və Avropa Birliyinin pensiya islahatları üzrə həyata keçirdikləri layihələrdə Azərbaycanın sığorta-pensiya sistemini keçid dövrü ölkələri üçün uğurlu model kimi tövsiyə etməsi, pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatının MDB məkanında ilk dəfə olaraq Azərbaycanda aparılması, sığortaolunanlar üçün sosial sığorta şəhadətnamələrinin rəsmiləşdirilməsi prosesinin elektron qaydada həyata keçirilməsi, DSMF tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlər və bu xidmətlərin əhalinin ən çox müraciət etdiyi xidmətlər sırasında yer alması və s. məsələlər barədə məlumat verilib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“Gənclər mənəvi irsimizin təbliğində fəallıq nümayiş etdirirlər”
17.04.2019
Masallıda Nəsimiyə həsr olunan tədbir keçirilib
16.04.2019
Mübariz İbrahimovun ev muzeyini ziyarət
15.04.2019
Masallıda şagirdlər arasında “İnşa- yazı” müsabiqəsi
15.04.2019
Masallıda Orduya yaz çağırışı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info