“Ermənistanın mövcud olduğu ərazilər də qədim Azərbaycan torpaqlarıdır”
Tarix: 07.04.2014 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Türkiyə Böyük Millət Məclisinin və İstanbul Ticarət Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Ə. Həsənov Azərbaycan və Türkiyə arasında bütün sahələrdə dostluq və qardaşlıq üzərində əlaqələr qurulduğunu və bu gün əlaqələrin ən yüksək səviyyədə olduğunu söyləyib. Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında danışan Ə. Həsənov bu gün bütün türk və müsəlman dünyası ölkələrinin erməni təcavüzkarlarına qarşı birgə mübarizə aparmalı olduğunu vurğulayıb. Baş nazirin müavini bildirib ki, bu gün ermənilər işğal altındakı ərazilərdə narkotik vasitələr istehsal edir, bu ərazilərdə dünya üçün təhlükəli terror qruplaşmaları təlimlər keçir. Eyni zamanda, həmin ərazilərdən narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə olunur. Azərbaycanın münaqişənin sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu qeyd edən Dövlət Komitəsinin sədri hökumətin son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 5,4 milyard ABŞ dolları vəsait xərclədiyini açıqlayıb. Ə. Həsənov xatırladıb ki, məhz ilk olaraq Türkiyənin bir sıra humanitar təşkilatları tərəfindən Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün soydaşlarımıza humanitar yardımlar göstərilib.
İstanbul Ticarət Palatasının üzvü və nümayəndə heyətinin sədri Öztürk Oran bildirib ki, Xocalı soyqırımı insanlıq əleyhinə işlənmiş bir cinayətdir və bu cür vəhşi qətliamların təkrarlanmaması üçün onun günahkarları beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmalıdır. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin ehtiyaclarını təmin etmək üçün bütün lazımı işləri gördüyündən xəbərdar olduğunu deyən Ö. Oran vurğulayıb ki, ermənilər unutmamalıdırlar, bu gün Ermənistan dövlətinin mövcud olduğu ərazilər də qədim Azərbaycan torpaqlarıdır. Ö. Oran İstanbul Ticarət Palatası haqda məlumat verib və təşkilatın dünyanın ən böyük qeyri-hökumət təşkilatlarından biri olduğunu nəzərə çatdırıb. Ədalət və İnkişaf Partiyasından deputat Seyit Erçelik və digər çıxış edənlər də Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün birgə fəaliyyətin önəmli olduğunu vurğulayıblar.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info