BANM-də Avstriya nümayəndə heyəti ilə görüş keçirilib
Tarix: 08.04.2014 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Azərbaycanda rəsmi səfərdə olan Avstriyanın "EMCO MAIER" şirkətinin Sənaye təlimləri departamentinin satış üzrə direktoru Leopold Zerz, "HOT Engineering" şirkətinin Təlim xidmətləri üzrə meneceri Silvia Reyer, İnsburq Menecment Mərkəzinin Sahibkarlıq Məktəbinin Tədris və Tədqiqat üzrə mütəxəssisi Vladan Antonoviç, Löben Dağ-Mədən Universiteti, Tətbiqi Geologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ketrin Brügger, Vyana İqtisadiyyat Universitetinin İdarəetmə Akademiyasının Magistratura proqramları şöbəsinin müdiri Aleksandr Damev, Vyana Ali Peşə Məktəbinin Aİ layihələri üzrə kordinatoru Cohanes Vetzinger və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elizabet Brunner Sobanski, və Avstriyanın Təhsil sahəsində beynəlxalq əməkdaşlıq üzrə Agentliyinin Beynəlxalq təhsil üzrə nümayəndəsi Dominik Freinbiçler Bakı Ali Neft Məktəbində(BANM) olublar.
BANM-dən verilən məlumata görə, qonaqları qəbul edən rektor Elmar Qasımov bildirib ki, Bakı Ali Neft Məktəbinin yaranmasında əsas məqsəd dinamik inkişaf edən Azərbaycan dövləti və artıq bir dünya şirkətinə çevrilmiş ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, yüksəkixtisaslı kadrların hazırlanması olub. BANM-ə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun istifadəyə veriləcəyini söyləyib.
Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış BANM-in önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Avstriya təhsil və tədris sisteminə böyük maraq göstərdiyini bildirən rektor vurğulayıb ki, BANM Avstriyanın neft-qaz və kimya sənayesi sahəsində fəaliyyət göstərən institutları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və onların təcrübələrindən yararlanmaqda maraqlıdır. O qeyd edib ki, bu məqsədlə istər Avstriya Respublikasının Azərbaycandakı Səfirliyi, istərsə də ARDNŞ-nin Avstriyadakı Nümayəndəliyi vasitəsi ilə bu istiqamətdə bir çox danışıqlar aparılır.
Görüşdə iştirak edən qonaqlar öz çıxışları zamanı qeyd ediblər ki, Azərbaycan neft ixracı sahəsində tarixi təcrübəyə malik bir ölkədir və bu gün də bu sahə inkişaf etməkdədir. Avstriyanın Avropanın neft ölkəsi hesab etdiklərini vurğulayan qonaqlar Avstriyanın şərqində böyük Neft yatağının olduğunu da bildiriblər. Eyni zamanda, Kimya sənayesinin Avstriyada sürətlə inkişaf etdiyini və bunun nəticəsi olaraq Mərkəzi Avropanın ən böyük Kimya kompleksinin Vyanada yerləşdiyini qeyd edən qonaqlar bildiriblər ki, hər iki dövlət neft -kimya sahəsində uğurlu təcrübələrə malikdir və bu bilik və təcrübələrdən qarşılıqlı faydalanmaq hər iki dövlət üçün olduqca əhəmiyyətlidir.
Görüş çərçivəsində BANM ilə Avstriyanın neft -qaz və kimya mühəndisliyi ixtisasları üzrə tanınmış ali təhsil və digər təhsil və tədris mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə birgə fəaliyyətin perspektivləri müzakirə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Yuliya Naçalova vəfat edib
5 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info