Dərsliklərlə bağlı yeniliklər açıqlanıb
Tarix: 08.04.2014 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


“Təhsil Nazirliyinin qərarı ilə Azərbaycanda Dərsliklərin Qiymətləndirmə Şurası (DQŞ) haqqında əsasnamə yenilənib. Şuranın tərkibi alternativ qaydada seçilib. 17 nəfərdən ibarət olan yeni tərkib sabahdan etibarən fəaliyyətə başlayacaq”. Bunu Təhsil Nazirliyinin təhsil resursları şöbəsinin müdir müavini Əsgər Quliyev deyib. O bildirib ki, Təhsil Nazirliyi bu ildən etibarən hər il iki sinfin dərsliyinin çapını sifariş verməyi qərara alıb. Bu il ilk olaraq VII və VIII sinif dərsliklərinin hazırlanacağını söyləyən Ə. Quliyev qeyd edib ki, VII sinif dərslikləri müzakirələrdən sonra, dərslərin başlanmasına xeyli müddət qalmış məktəblərə veriləcək. Onun sözlərinə görə, bununla da müəllimlər dərsliklərlə daha tez zamanda tanış olacaqlar: “VIII sinfin dərslikləri isə bu il məktəblərə verilməyəcək və həmin dərsliklər çox məhdud sayda çap olunaraq, müəyyən pilot məktəblərdə sınaqdan keçiriləcək. Bununla da sınaq zamanı qarşıya çıxan nöqsan və problemlər vaxtında aradan qaldırılacaq. Növbəti dərs ilində isə dərsliklər məktəblərə ən azı iki ay əvvəldən çatdırılacaq. Ötən ilin dekabrında dərsliklərin çapı ilə bağlı elan olunan tender martda başa çatıb. Tenderin nəticəsinə əsasən, 22 LOT üzrə 35 adda dərslik hazırlanıb və sabahdan şura həmin dərsliklərin qiymətləndirilməsinə başlayacaq”. Nazirlik rəsmisi qeyd edib ki, təhsil sahəsində aparılan islahatlarda əsas hədəf dərsliklərin əvvəlki illərlə müqayisədə keyfiyyətinin təkmilləşdirilməsidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info