Azay Quliyev: “ATƏT yol xəritəsi hazırlamalıdır”
Tarix: 08.04.2014 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


ATƏT PA-nın Kopenhagendə keçirilən büro iclasında Ukraynadakı böhran, Komitələrin qurumun Bakıda keçiriləcək 23-cü illik sessiyasına təqdim etmək üçün hazırladıqları hesabat və qətnamələrin müzakirəsi, ATƏT-ə sədrlik edən İsveçrənin hazırladığı fəaliyyət planı geniş müzakirə edilib.
Milli Məclisdən bildiriblər ki, ATƏT PA -nın büro üzvü və Təhlükəsizlik və Siyasi məsələlər Komitəsinin sədr müavini, millət vəkili Azay Quliyev iclasda çıxış edib.
Ukraynadakı vəziyyətə toxunan millət vəkili bu ölkənin ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını müdafiə edib. Lakin eyni zamanda o vurğulayıb ki, bugünkü böhranlı vəziyyətin yaranmasında beynəlxalq təşkilatlar da az məsuliyyət daşımırlar: "Belə ki, ATƏT və digər beynəlxalq qurumlar regionda mövcud olan dövlətlərarası münaqişələri, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini vaxtında və ədalətli həllinə nail olsaydı və qəti qərarlar qəbul edərək ölkəmizin ərazi bütövlüyünü təmin etsəydi, indiki vəziyyətin şahidi olmazdıq. İndi çoxu beynəlxalq hüququn kobud şəkildə pozulmasından danışır, amma təəssüf ki, biz 20 ildən çoxdur ki, bu haqda danışsaq da, buna məhəl qoyan yoxdur".
A.Quliyev bildirib ki, yaranmış gərgin vəziyyət ATƏT üçün bir imtahandır və bunun öhdəsindən gəlmək üçün yol xəritəsi hazırlanmalı və cəsarətli qərarlar qəbul edilməlidir.
Daha sonra Azay Quliyev ATƏT PA Təhlükəsizlik və Siyasi məsələlər Komitəsinin məruzəçisi xanım Pia Kaumanın hazırladığı qətnamə layihəsinə iki mühüm məsələnin əlavə edilməsini təklif edib. Birinci, bir dövlətin başqa birisinin ərazisini işğal etmək məqsədilə xalqların öz müqəddəratını təyin etmək adı altında qondarma referendumlar keçirməsinə və işğala qanunu don geyindirmək cəhdlərinə ATƏT PA-nın münasibət bildirməsini təklif edib: "ATƏT ərazisində mövcud olan münaqişələrin tarixinə baxsaq görərik ki, bütün bu münaqişələrin hamısı saxta referendum keçirməklə başlamışdır. Bunun qarşısını almaq üçün ATƏT açıq şəkildə bildirməlidir ki, bu tipli referendumlar üzv ölkələrin konstitusiya və qanunları çərçivəsində olmalı və birtərəfli şəkildə elan olunan separatçı fəaliyyətə yol verilməməlidir".
İkinci təklifdə isə ATƏT-in bir üzvünün digərinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi və bunun qətnamədə ayrıca bir maddə ilə qeyd olunması vacibdir.
İsveçrənin sədrliyinə də toxunan Azay Quliyev mövcud problemlərin həlli üçün vətəndaş cəmiyyəti institutları ilə yaxından əməkdaşlıq edilməsini və bu prosesdə ölkə parlamentlərinin rolunun artırılmasının zəruriliyini qeyd etdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Milli Məclisdə Kanada parlamentarisinin Dağlıq Qarabağa qanunsuz səfəri pislənildi
02.06.2020
Kevin Hern Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info