“Nar donor” sosial layihəsinə başlanılıb
Tarix: 08.04.2014 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


“Azerfon” MMC “Nar donor” sosial layihəsinə başlamışdır.
xəbər verir ki, bununla bağlı aprelin 8-də Bakıda keçirilən mətbuat konfransında “Azerfon” MMC-nin baş icraçı direktoru Kent Maknili şirkətin fəaliyyəti barədə məlumat verərək bildirib ki, 2007-ci ildən fəaliyyətə başlayan şirkət, irimiqyaslı sosial layihələr həyata keçirir və digər sahələrdə də bir çox təşəbbüsləri dəstəkləyir.
“Nar donor” sosial layihəsinin əhəmiyyətini qeyd edən Kent Maknili deyib ki, qan donorluğuna ehtiyac duyan yüzlərlə insan olduğunu nəzərə alaraq, ictimai diqqəti bu məsələyə yönəltmək əsas məqsədlərimizdəndir. Bununla bağlı aprelin 9-dan 15-dək qanköçürmə məntəqələri yaradılacaq. Layihə çərçivəsində “Android” sistemli telefonlar üçün bir-birindən enerji ötürən xüsusi kabellər istehsal olunub. “Nar Mobile”nin yeni kabeli vasitəsilə enerjini bir telefondan digərinə ötürmək mümkün olacaq. Layihə çərçivəsində “Enerjini paylaş-telefonu xilas et, qanını paylaş- insanı yaşat” mesajı ilə maarifləndirmə kampaniyası keçirilir.
Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd olunub ki, “Azerfon” şirkəti mobil ödənişlərin tətbiq edilməsi üçün Azərbaycan Mərkəzi Bankı ilə danışıqlar aparır. Bundan əlavə, “Nar TV”nin yaradılması planlaşdırılıb. Hazırda bu xidmət çərçivəsində “B&B TV Communication” şirkəti ilə müzakirələr aparılır. Eyni zamanda, “Nar Mobile” bu ay abonentlərinə “ASAN imza”nı təqdim edəcək.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info