“Texnologiyalar dünyası“ layihəsinin növbəti təqdimatı keçirilib
Tarix: 08.04.2014 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Texnologiyalar dünyası" layihəsinin ikinci təqdimatı və təlimi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində təşkil olunub.
Layihənin məqsədi Bakı və Sumqayıtda yaşayan gənclərə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, İKT-nin imkanlarından istifadə etməklə əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır.
Layihə çərçivəsində gənclərdə İKT-yə, təhsilə, elmə, mədəniyyət və incəsənətə yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, internet resurslarından səmərəli istifadə etmək üçün məlumatlar vermək, internetdə alış-veriş edilməsini praktiki göstərmək, CV-nin yazılma qaydaları, sosial şəbəkələri tanıtmaq, gənclərin şəbəkələşməsinə şərait yaratmaq, gənclərin məsğulluğunu artırmaq, aktiv vətəndaş konseptini aşılamaq və s. kimi mövzuları əks etdirən təqdimatlar hazırlanaraq, maarifləndirici bukletlər nəşr edilib.
Həmçinin bunları əyani olaraq əks etdirən "Texnologiyalar dünyası" adlı videoçarx hazırlanaraq təqdim edilib. Layihə çərçivəsində həyata keçirilən seminarlarda iştirak edən 100-dən çox tələbə və media nümayəndələri iştirak edib.
Tədbirin sonunda seminarda iştirak edənlərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Elmar Məmmədovun rəhbəri olduğu "Texnologiyalar dünyası" layihəsi çərçivəsində seminarların nə zaman və harada keçirilməsi ilə bağlı posterlər seminarların keçiriləcəyi müəssisələrdəki elan lövhələrinə vurulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info