“La Repubblica”: “Qərbin Rusiyaya qarşı sanksiyaları reallaşan deyil”
Tarix: 08.04.2014 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


“La Repubblica” qəzetində müəllif Federiko Rampini yazır ki, ABŞ qurumları Aleksey Çalıy biznesinin ABŞ-da da çiçəklənməsi barədə deyilənləri heç cür şərh etmir: “Bu adam gündüz Sevastopol qubernatorunun vəzifəsini icra edir, axşam isə yenidən biznesmen, elektrik cihazları hazırlayan müəssisənin rəhbəri olur. O, 33 nəfərdən ibarət bir siyahıda yer alan oliqarxlardan biridir. Onlar ABŞ və Avropa Birliyinin sanksiyalarına məruz qalıblar, amma onun biznesi Almaniyadan tutmuş, ABŞ-a qədər çiçəkləyir. Belə görünür ki, Qərb tərəfindən Rusiyanın Krımı ilhaq etməsindən sonra elan edilmiş sanksiyalar təkcə məhdud deyillər, onlar həm də reallaşdırıla bilmirlər. Çalıyın müəssisəsi olan “Tavrida Electric” Hannover sənaye yarmarkasında iştirak edir. Bunun açılışını ötən bazar günü Angela Merkel edib. Ukrayna böhranının başlanğıcında xanım Merkel sanksiyalar məsələsində Obamanın yanındaymış kimi görünürdü, amma o, Hannoverdə çıxış edəndə, ondan bir neçə metr aralıda Çalıyın şirkəti öz alman müştəriləri ilə kontraktlar imazalayırdı. Bununla bərabər, Çalıy regionda ən görkəmli fiqurlardan və Putinin Krımdakı əsas dayaqlarından biri olaraq qalır.”The Wall Street Journal” qəzetinə müsahibəsində o bəyan edib: “Hazırkı məqamda mənim biznesimlə bağlı hər şey qaydasındadır”. 52 yaşlı oliqarx bildirib ki, sanksiyalardan ziyan çəkməyib. Hətta, Birləşmiş Ştatlarda da onun biznesi inkişaf edir və genişlənir. Amma ABŞ Maliyyə Nazirliyi, sanksiyaların tətbiqinə məsul Dövlət Departamenti bu informasiyanı şərh etmək istəməyiblər”.

İlkin






 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info