Uilyam Linldeyin varisləri Azərbaycana gəlib
Tarix: 08.04.2014 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin içməli su təchizatında xüsusi əhəmiyyəti olan, bir əsrə yaxın tarixə malik, “Şollar” adı ilə məşhurlaşmış Birinci Bakı su kəmərinin ideya müəllifi və layihə rəhbəri Uilyam Linldey nəslinin nümayəndələri Azərbaycana gəlib.Lindley nəslinin nümayəndələri Karin Maria Marta, Eugen Jozef, Katerina Morvin, Aleksandr Horst, həmçinin Polşa Elmlər Akademiyasının siyasi araşdırmalar üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Lindley irsini araşdıran professor Riçard Zeliçovski “Azərsu”da olublar.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, məşhur mühəndis Uilyam Lindleyin Azərbaycanın su təchizatı tarixində böyük xidmətləri var. U.Lindleyin müəllifi olduğu Birinci Bakı su kəməri artıq 100 ilə yaxın bir dövrdə istismar olunur və Bakı sakinlərinin içməli su təchizatına töhfələr verməkdədir: “Əsasən əl əməyi hesabına tikilən kəmər yüksək keyfiyyəti ilə seçilir. Bu kəmər indiyədək sabit məhsuldarlıqla davamlı olaraq istismar edilib və demək olar ki, əsaslı təmirə ehtiyacı olmayıb. Belə bir unikal layihənin reallaşması U.Lindleyin dövrünün peşəkar mütəxəssisi olduğunu bir daha təsdiqləyir. Hazırda Azərbaycanda genişmiqyaslı su təchizatı və kanalizasiya layihələri həyata keçirilir. Layihələrin keyfiyyətli icrasını təmin etmək üçün podratçı təşkilatlara “Şollar” layihəsini həmişə nümunə göstəririk. 2017-ci ildə kəmərin istismara verilməsinin 100 ili tamam olacaq və yubiley tədbirlərində sizləri yenidən Azərbaycanda görməkdən məmnun olardıq”. Lindleylər ailəsi adından təşəkkürlərini bildirən Eugen Jozef ulu babasının xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirib, bu səfərin onlarda xoş təəssürat yaratdığını qeyd edib. Qeyd edək ki, 1853-cü ildə anadan olmuş ingilis mühəndis və inşaatçısı Uilyam Lindley həyatını şəhərlərin su təchizatının yaradılmasına həsr edib. Onun adı Avropanın 30-dan çox şəhərinin (Frankfurt, Varşava, Praqa, Budapeşt və s.), o cümlədən Bakının su təchizatı tarixinə qızıl hərflərlə yazılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info