“Atamın əmisi Ukraynada şəhid olub”
Tarix: 08.04.2014 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Səfərəli Babayev: “Hədəfim güclü və ədalətli
hüquqşünas olduqdan sonra, diplomatiya üzrə ikinci təhsil almaqdır”


Ukrayna Milli Aviasiya Universitetinin Hüquq fakültəsinin tələbəsi Səfərəli Babayevlə müsahibəni təqdim edirik:

- Mümkünsə, bir az özünüzdən bəhs edin.
- Mən, Səfərəli Babayev 30 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasında ziyalı ailəsində dünyaya göz açmışam. Ukrayna Milli Aviasiya Universitetində Hüquq fakültəsində təhsil alıram. Təhsil aldığım ali təhsil ocağında müəllim və yoldaşlarımın dəstəyi ilə bacardığım qədər təhsilimdə fərqlənməyə çalışıram. Təhsil ocağım keyfiyyətli olduğundan, aldığım təhsilin də keyfiyyətinə şübhə ola bilməz.
- Nəyə görə Azərbaycanda yox, Ukraynada təhsil almağı üstün tutdunuz?
- Babam Milli Elmlər Akademiyasının üzvü, akademik Səfərəli Babayevin adını daşıdığımdan yüksək səviyyəli təhsili özümə borc bilərəkdən, Azərbaycana dost, qardaş olan Ukrayna Respublikasında ali təhsil almaq məqsədilə paytaxt Kiyevə üz tutdum.
Azərbaycan Vətənimdir. Yaşımdan asılı olmayaraq, orada təhsilimi davam edəcəyəm. Ukraynanı seçməyimin səbəbi, gələcəkdə Vətənimə, millətimə daha yaxşı xidmət etmək üçün güclü təhsillə yanaşı, başqa xalqlarla yaxşı dostluq, birdən çox xarici dil öyrənməkdir. Lakin şəxsi həyatımda Ukraynanın bir özəlliyi daha var. Vaxtilə Ukraynada yüzlərlə Azərbaycan övladı şəhid olub. Onlardan biri də atamın əmisi Əmrah Babayevdir! Məhz məni Ukraynaya bağlayan komponentlərdən biri də burada şəhid olmuş Əmrah Babayevdir...
- Təhsil aldığınız universitetdə ukraynalı və digər xarici ölkə tələbələri ilə münasibətiniz necədir?
- Təhsil aldığım universitetdə də, universitetdən kənarda da istər ukraynalı, istərsə də digər ölkələrdən olan tələbələrlə əlaqələrim və bəziləri ilə də dostluq münasibətim var.
- Gənc hüquqşünas kimi Azərbaycanda hüquq sistemində nə yenilik etmək istərdiniz?
- Azərbaycanda hüquq sistemi çox gözəl fəaliyyət göstərir. Mən Ukrayna və Azərbaycan Konstitusiyasını demək olar ki bilirəm. Cinayət Məcəlləsini öyrənirəm. Amma hər zaman yeniliyə ehtiyac var. Mən də çalışacağam ki, gələcəkdə əsas məhkəmə sistemində bir hüquqşünas kimi daha da ədalətli və düzgün məhkəmə sisteminin olması üçün əlimdən gələni edim.
- Bildiyimizə görə orada ictimai fəaliyyətlə məşğulsunuz. Siz aktiv gənc olaraq, Ukraynada diaspor fəaliyyətini necə dəyərləndirirsiniz?
- Bəli. Mən ilk dəfə Ukraynada azərbaycanlı gənclər birliyinin tərtib etmiş olduğu 20 Yanvar şəhidlərini anım mərasimində ictimai təşkilatla tanış oldum. UAGB sədri Anar Tahirov və gənclərimizlə bərabər “Xocalıya ədalət” kampaniyalarına qatıldım. Orada birliyimizi gördüm. Təşkilatda yaxşı dostlar qazandım. Hansı yolu seçsək-seçək, Vətən, millət, dövlətimiz uğrunda birləşməliyik. İctimai fəaliyyətimdə qazandığım təcrübəyə görə A.Tahirova və hər bir dostuma dərin minnətdarlığımı bildirirəm. Bundan əlavə, Ukraynada yalnız Azərbaycan təşkilatları ilə deyil, Ukraynada digər türksoylu xalqların, eləcə də Vətənimizi, millətimizi, dövlətimizi dəstəkləyən digər xalqların diaspor təşkilatları ilə də yaxın dostluq əlaqələrimiz var.
Biz heç deyilsə, artıq 20 ildən artıqdır ki, Qarabağ həsrəti ilə alovlanan xalqıq. Ölkənin xəritəsində torpağını görüb, lakin işğal altında olduğundan, o torpaqlara ayaq basa bilməməyin nə olduğunu yaxşı bilirik. Ukrayna xalqının da bu acını yaşamasını istəmirik. Ukrayna, inşallah, yenidən çiçəklənəcək.
- Ukraynada yaşayan azərbaycanlı olaraq, bir gənc kimi Azərbaycan üçün nə etmisiniz?
- İlk növbədə dərslərimlə çalışmışam. Müəllim və tələbə heyətinin yanında hörmət qazanmışam ki, məni gördükdə, “bu, azərbaycanlıdır” desinlər!
Bundan əvvəl Vətənimi tanıtmaq üçün diaspor təşkilatlarımızla geniş əməkdaşlıq etmişəm. Əlbəttə, Azərbaycanımızın bizə etdiklərinin qarşısında bunlar heç nədir, lakin əlimdən gəldiyi qədər Vətənimi, millətimi müsbət tanıtmağa çalışıram.
- Siz Azərbaycanda yeni fəaliyyətə başlayan Yeni Nəfəs Hərəkatının Ukrayna Nümayəndəliyinin liderlərindən birisiniz. YNH-in Ukraynadakı gələcək fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- İlk növbədə nəzərə çatdırmaq isdərdim ki, YNH-in özünəməxsus məramnaməsi var. Orada qeyd edilib ki, YNH din, dil, irq, siyasi görüş ayrı-seçkiliyi etmir!
YNH Azərbaycana xidmət məqsədilə yaradılıb! Mən də dostum və YNH Nümayəndəliyini Ukraynada yaratmağa çalışan Xəzri Elxanoğlu ilə birlikdə təşkilatımızın burada fəaliyyətə başlaması üçün çalışıram. Bizim vəzifəmiz bir vətəndaş kimi, millətin bir nümayəndəsi kimi, Ukraynada fəaliyyət göstərərək azad, suveren olan millətimizə və dövlətimizə dəstək çıxmaqdır! Təşkilatımızda ukraynalılar, türklər və s. dövlətlərdən olan gənclər var. Hətta Ukrayna və türk dövlətləri üzrə departament də yaradılıb. Ona görə də hər bir xarici gənclə əlaqə qururuq.
Sonda təşkilatımız haqqında onu da deyim ki, biz Azərbaycan təşkilatı olaraq Ukraynada fəaliyyət göstərən hər təşkilatla milli məsələlərdə də, digər məsələlərdə də birgə hərəkət edəcəyik.
Biz istənilən Azərbaycan təşkilatı ilə Xəzrinin və digər liderlərimizin hər zaman səsləndirdiyi kimi, məqsədindən asılı olmayaraq ( Azərbaycanın suverenliyinə və müstəqilliyinə təhlükə yaratmayacağı təqdirdə) yüksək səviyyədə əlaqələr qurmağı planlaşdırırıq.
- Gələcəklə bağlı nə planlarınız var?
- Gələcəyimi millətim və dövlətim seçir, müqəddəratımı həll etməyi özümə bağışlayır.
Mənim hədəfim güclü və ədalətli hüquqşünas olduqdan sonra, diplomatiya üzrə ikinci təhsil almaqdır! Məhz bundan sonra xalqıma daha yaxşı xeyrim toxuna bilər, deyə düşünürəm.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info