“Azərbaycan bütün dünyaya unudulmaz idman bayramı təqdim edəcək”
Tarix: 08.04.2014 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


“2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir”. “Bakı-2015” Avropa Oyunlarının iştirakçıları ölkəmizdə möhtəşəm bir tədbirin şahidi olacaqlar. Bunun üçün Azərbaycan hökuməti tərəfindən lazımi tədbirlər həyata keçirilməkdədir”.
Bu sözləri gənclər və idman naziri Azad Rəhimov söyləyib. Onun sözlərinə görə, Azərbaycan bütün dünyaya unudulmaz idman bayramı təqdim edəcək: “Bu, həm də Azərbaycanın dünyada gündən-günə artan nüfuzunun daha bir göstəricisidir.Yüksək səviyyəli peşəkarların çalışması nəticəsində bütün Avropa Azərbaycanın timsalında inanılmaz idman hadisəsini izləyəcək”. Nazir deyib ki, könüllülərin hazırlığı, onların məlumatlandırılması sahəsində işlərə artıq başlanıb. Hazırda 150 minə yaxın tələbənin arasından anketlər toplanmışdır. Ali təhsil olacaqları ilə bu sahədə müqavilə imzalanıb. Könüllülər idman sahəsində biliklərinin artırılması üçün müxtəlif məşqlərə cəlb olunacaqlar. Nazir deyib ki, ilk Avropa Oyunlarında Azərbaycan yığması bütün çəkilərdə iştirak edəcək: “Bu Oyunların Bakıda keçirilməsi idmançılarımıza hər bir kateqoriyada çıxış etmək üçün geniş şərait yaradacaq. Ümumiyyətlə, idmançılarımızdan yüksək nailiyyətlər gözləyirik. İdmanın müxtəlif sahələrində uğur əldə edə bilərik. Onu da qeyd edim ki, idmançılarımız hazırda Finlandiyada güləş üzrə keçirilən Avropa çempionatında 10-dan çox medal qazanıblar. Bu nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan yığması istənilən sahədə uğur qazanmağa iddialıdır. Biz “Bakı-2015” ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə böyük təcrübə qazanacağıq. Avropa Oyunları üçün hazırlanan idman zalları, idman qurğuları, məşq edən idmançılar, təcrübə toplayan insanlar bizim üçün İslam Oyunlarında da çox vacib və əsas tərkib olacaqdır. Təbii ki, paytaxtımızda yaradılan idman infrastrukturu, Atletlər Kəndinin inşası, nəqliyyat sisteminin təkmilləşdirilməsi və digər tədbirlər mühüm əhəmiyyət kəsb edir”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info