“Azərbaycandan çəkiləcək qaz kəməri Avropa üçün prioritet ola bilər”
Tarix: 08.04.2014 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


“Avropa üçün “Cənub axını” qaz kəməri, Rusiyanın israrına baxmayaraq, prioritet deyil. Layihə “Şimal axını”ndan fərqlənsə də, təchizatçı əvvəlkidir - “Qazprom”.
Bu sözləri Avropa Komissiyasının sədri Joze Manuel Barrozo deyib. J. M. Barrozo bildirib ki, “Cənub axını”nın yerinə Azərbaycandan İtaliya vasitəsilə çəkiləcək qaz kəməri Avropa üçün prioritet ola bilər: “Mən Bolqarıstana xəbərdarlıq etmək istərdim ki, onlar Rusiya ilə qaz kəmərləri layihələrinin həyata keçirilməsinə ehtiyatla yanaşsınlar və ölkə energetikasının diversifikasiyasını təmin edəcək digər qaz kəmərlərinə üstünlük versinlər. Məhz bu səbəblə Bolqarıstan və Rumıniyanın Avropa Birliyinə birləşdirilməsi tarixi əhəmiyyət daşıyır. Bolqarıstanda Rusiya casusu olan insanlar var. Ona görə də bu ölkələrin AB-yə qəbulu doğrudan da böyük tarixi əhəmiyyətə malikdir”. Qeyd edək ki, “Cənub axını” Qara dəniz akvatoriyasından Cənubi və Mərkəzi Avropa ölkələrinə ildə 63 milyard kubmetr təbii qazın nəqlini nəzərdə tutan qlobal infrastruktur layihəsidir. Hazırda Rusiya, Bolqarıstan və Serbiyada kəmərin tikintisi gedir. 2015-ci ilin sonunda kəmərə ilk qaz vurulmalıdır. Layihə 2018-ci ildə tam gücü ilə fəaliyyətə başlamalıdır.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info