“Azərikimya”nın etilen-polietilen zavodu əsaslı təmir olunacaq
Tarix: 09.04.2014 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


“Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodu əsaslı təmir olunacaq.
Birliyin mətbuat xidmətindən bildiriblər ki, müəssisənin EP-300, “Polimir-120”, həmçinin buxar və elektrik enerjisi bölmələrində aparılacaq əsaslı təmir işlərindən əvvəl qurğu və avadanlığa baxış keçirilib, aşkar olunmuş qüsurlar əsasında işlər planı hazırlanıb. Müəssisənin EP-300 və “Polimir-120” istehsal sahələrində texnoloji proseslərin yüksək məhsuldarlıqla və keyfiyyətlə aparılmasında mühüm rol oynayan bütün avadanlıq və xidmət meydançaları, susoyutma qurğusu təmir işlərinə hazır vəziyyətə gətirilib.
Əsaslı təmir üçün lazım olan ehtiyat hissələri Rusiya, Almaniya və Yaponiya kimi ölkələrdən gətirilib. Təmir işlərinə müəssisənin bütün təmir briqadaları səfərbər olunub, birliyin nəqliyyat və xüsusi texnika idarəsinin ehtiyac duyulan maşın və mexanizmləri cəlb edilib. Əsaslı təmir işlərindən sonra müəssisənin texniki-iqtisadi göstəriciləri xeyli yaxşılaşacaq, məhsul itkisinin qarşısı alınmaqla yüksək göstəricilərə nail olunacaq və enerjidaşıyıcılara əhəmiyyətli dərəcədə qənaət olunacaq.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info