“Təmiz Şəhər“dən yenilik
Tarix: 09.04.2014 | Saat: 14:50:00 | E-mail | Çapa göndər


Tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində əhalinin maarifləndirilməsinə böyük önəm verən və bunun üçün müasir metodlardan istifadə edən "Təmiz Şəhər" ASC növbəti layihəsini ictimaiyyətə təqdim edir.
ASC-dən verilən məlumata görə, gənclərin daha çox diqqətini çəkən və hədəf auditoriyası sürətlə inkişaf edən onlayn maarifləndirmə layihələrinə daha çox diqqət ayıran "Təmiz Şəhər" ASC tullantıların azaldılmasına yönəldilmiş yeni www.tullantim.az portalını istifadəyə verib.
Məlum olduğu kimi tullantıların azaldılması və təkrar istifadəsi ətraf mühitin mühafizəsində çox mühüm rol oynayır. Tullantıların çox olması poliqonların dolmasına, yandırılan tullantıların miqdarının artmasına gətirib çıxarır ki, bu da öz növbəsində atmosferə ziyan vurur. www.tullantim.az portalının yaradılmasında məqsəd tullantıların azaldılması rolunun izah edilməsi və buna nail olmaq imkanlarını göstərməkdir. Bu məqsədlə sayt istifadə edilməyən əşyalar barədə məlumatı www.tullantim.az saytına yerləşdirməklə həmin əşyaları ianə etməyə imkan yaradır. Bu isə, həmin əşyaların uzun müddət insanlara xidmət etməsinə, eləcə də onların tullantıya çevrilməməsinə səbəb olur. Belə ki, sayta daxil olmaqla hər kəs lazımsız hesab etdiyi lakin hələ də istifadə edilə biləcək əşyaları tullantıya çevirmək əvəzinə həmin əşya barədə məlumatı sayta əlavə edə bilir, bununla da saytın digər istifadəçilərinə fayda vermək imkanı qazanır. Beləliklə, istifadəçilər həm ətraf mühitin qayğısına qalmış, həm də digər insanlara kömək etmiş olurlar. Nəticədə birinin tullantı kimi dəyərləndirdiyi digərlərinin ehtiyaclarını qarşılaya bilən əşyalar bu resursun köməyi ilə öz yeni sahiblərini tapmış və ikinci həyat qazanmış olurlar. Saytın rahat qeydiyyat və naviqasiya sistemi ianələr barədə məlumatın qısa zamanda əlavə edilməsinə kömək edir. Resursun “Facebook” “Twitter və digər sosial şəbəkələrlə birbaşa bağlı olması isə ianələrin müzakirə edilməsinə və paylaşmasına imkan yaradır.
Saytda tullantıların azaldılmasının müxtəlif yollarının, praktiki məsləhətlər və digər mövzuların istifadəçilər arasında müzakirəsi üçün forum bölməsi yaradılmışdır.
Qeyd edək ki, onlayn maarifləndirmə layihələri "Təmiz Şəhər" ASC-nin maarifləndirmə siyasətinin vacib istiqamətlərindən biridir. www.tullantim.az portalından əvvəl "Təmiz Şəhər" ASC www.teb.az və ətraf mühitə mənfi təsirləri fərdi hesablamağa imkan verən onlayn tullantı kalkulatoru kimi layihələri ictimaiyyətə təqdim edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info