ABŞ-dakı səfirliyimizdə mühüm tədbir
Tarix: 09.04.2014 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Azərbaycanın ABŞ-dakı səfirliyində nüfuzlu İcraçı Direktorlar Təşkilatının (Chief Executives Organization) üzvləri ilə görüş və ziyafət keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı məlumata görə, görüşdə təşkilatın ABŞ, Böyük Britaniya, Avstraliyadan olan üzvləri ilə yanaşı, aparıcı təhsil ocaqlarından hesab edilən Con Hopkins Universitetinin Beynəlxalq münasibətlər mərkəzinin dekanı Vəli Nəsr də iştirak edib.
Görüş zamanı səfir Elin Süleymanov çıxışında Azərbaycanın coğrafi mövqeyinin ölkənin xarici siyasət istiqamətləri və xarakterinin formalaşmasına təsiri barədə məlumat verərək, regional sabitliyin əsasında region dövlətləri arasında qarşılıqlı faydalı münasibətlərin dayandığını deyib. O, bu xüsusda, Azərbaycanın öz qonşuları Gürcüstan və Türkiyə ilə əlaqələrinin nümunəvi olduğunu qeyd edib.
Azərbaycanın şərqdən Xəzər dənizi ilə sərhədlənməsinin siyasi və strateji üstünlüklərindən bəhs edən səfir bu xüsusda, ilk olaraq, zəngin enerji resurslarına çıxış imkanını qeyd edib. E.Süleymanov hazırda regional sabitliyin əsasında məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi iradəsinin ifadəsi olan qərarlar nəticəsində reallaşdırılmış enerji layihələrinin dayandığını bildirib.
Regional əməkdaşlığın inteqrasiya proseslərinin əsasında dayandığını bildirən diplomat Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərin yalnız maddi mənfəətlə məhdudlaşmadığı, eyni zamanda uğurlu regional məkan qurulmasına xidmət etdiyini qeyd edib. Azərbaycanın qonşu dövlətlərlə, Türkiyə və Gürcüstanla əməkdaşlığının qarşılıqlı faydalı olmasının və hər üç dövlətin sonrakı iqtisadi inkişafına töhfəsinin danılmaz fakt olduğunu əlavə edib.
Diplomat regionun hərtərəfli inkişafında əsas maneənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin olduğunu bildirərək, Ermənistanın işğalçılıq siyasətinə son qoyması ilə bu layihələrə cəlbinə heç bir əngəl olmadığını diqqətə çatdırıb. Ermənistan hakimiyyətinin münaqişənin nizamlanmasında tutduğu qeyri-konstruktiv mövqenin həm dövlətin regional inteqrasiya proseslərindən kənar qalması, həm də erməni xalqının yaşayışının günü-gündən pisləşməsi ilə sonuclandığını təəssüflə qeyd edib.
Ermənistanda rəsmi siyasi dairələrin müstəqil siyasət apararaq, erməni xalqının mənafeyini ön plana çəkəcəkləri halda, münaqişənin nizamlanmasının həm dövlət, həm də xalq üçün faydasını dərk etmiş olacağını əlavə edib.
Sonda dünyada baş verən son siyasi proseslər, o cümlədən Ukraynada baş vermiş hadisələr barəsində geniş fikir mübadiləsi aparılıb. E.Süleymanov bildirib ki, ABŞ və Avropa dövlətlərinin beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipinə münasibətdə qeyri-ardıcıllıq və laqeyd yanaşması bu kimi ayrılmalara yol açır.
Səfir həmçinin qeyd edib ki, Ukrayna hadisələrinin enerji yollarının şaxələndirilməsinin enerji asılılığının aradan qaldırılmasında necə önəmli rol oynadığını və Azərbaycan tərəfinin enerji layihələrinin reallaşdırılması istiqamətində verdiyi qərarların strateji önəmini bir daha sübut edir.
Qeyd edək ki, dünyanın ən nüfuzlu iki min şirkətinin icraçı direktorlarının toplandığı təşkilata üzvlük yalnız konkret şərtlərin ödənilməsi ilə dəvət əsasında mümkündür.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info