ADA Universiteti ilə Avropa İttifaqının birgə layihəsinə start verilib
Tarix: 09.04.2014 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Bu gün ADA Universitetində Avropa İttifaqı əlaqələrinə yönələn iki illik "Azərbaycan Respublikasında dövlət qulluğunda Avropa İttifaqı (Aİ) məsələlərinə aid təlim sisteminə dəstək və Aİ məsələləri üzrə Mərkəzin yaradılması" adlı layihənin rəsmi açılış mərasimi keçirilib.
ADA-dan “Palitra”ya verilən məlumata görə, tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan H.Paşayev qeyd edib ki, bu layihə Aİ ilə Azərbaycan arasında uzun müddət davam edən danışıqların və müzakirələrin nəticəsində ərsəyə gəlib. Proqramın müvəffəqiyətlə yerinə yetiriləcəyinə əmin olduğunu bildirən H.Paşayev gələcəkdə ADA Universitetində Aİ üzrə magistratura təşkil etmək niyyətində olduqlarını diqqətə çatdırıb: "ADA Universitetində ictimai əlaqələr və beynəlxalq əlaqələr üzrə magistraturalar var və ehtiyac var ki, gələcəkdə elə mütəxəssislər hazırlaya bilək ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı genişlənən əməkdaşlığa hazır olsunlar".
Sonra çıxış edən M.Mard layihənin Azərbaycan ilə Aİ arasında əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəyini bildirib. ADA Universitetinin bu layihənin yerinə yetirilməsində xüsusi rolunu qeyd edən Aİ rəsmisi layihənin müsbət nəticələr verəcəyinə əmin olduğunu bildirib: "Biz inanırıq ki, bu proqram ümumilikdə Azərbaycan ilə Aİ arasında münasibətləri daha da gücləndirəcək və inkişaf etdirəcək".
Daha sonra çıxış edən Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycanın xarici siyasətinin prioritetlərindən birinin Aİ ilə səmərəli əməkdaşlığın qurulması olduğunu diqqətə çatdırıb. Aİ ilə əməkdaşlıqda iqtisadi və ticari əlaqələrin mühüm yer tutduğunu deyən nazir müavini qeyd edib ki, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif spektrlərini əhatə edən hüquqi baza yaradıldığını deyib. Nazir müavini Azərbaycanın Aİ-nin Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşı olduğunu diqqətə çatdırıb. S.Babayev bu layihənin Aİ ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsinə səbəb olacaq.
Tədbirdə çıxış edənlər də layihənin əhəmiyyətindən danışıb və bunun Aİ ilə Azərbaycan arasında əməkdaşlığa müsbət təsir edəcəyini diqqətə çatdırıb.
Həmçinin tədbir çərçivəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Avropa Kolleci ilə Anlaşma Memorandumları imzalanıb.
Qeyd edək ki, layihə Belçikanın Avropa Kolleci ilə birgə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Hərtərəfli İnstitutlaşdırma proqramı çərçivəsində ADA Universitetinə İnstitusional İslahat Planını həyata keçirməkdə dəstək olmaqdır. Layihə çərçivəsində dövlət qulluqçularına təlimlər verilməklə yanaşı, ADA Universitetində Avropa İttifaqı üzrə magistratura proqramının yaradılması, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə həsr olunmuş üç konfransın təşkili, kitabxana yaradılması, ADA Universitetinin professor və müəllim heyətinin Avropa universitetlərinə səfərləri, tələbə mübadiləsi, təlimçilər üçün təlim proqramlarının keçirilməsi, o cümlədən tədris proqramının təkmilləşdirilməsi kimi işlər nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info