Ziya Bünyadov prospektində asfalt-beton örtüyü salınır
Tarix: 09.04.2014 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakıda hazırda yenidənqurma işlərinin getdiyi Ziya Bünyadov prospektində asfalt-beton örtüyünün salınmasına başlayıb. Bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Prospektin ümumi uzunluğu 9,2 kilometr təşkil edir və o, "Xutor" dairəsindən "Böyük Şor" dairəsinədək ərazidə yerləşir.
Onun sözlərinə görə, asfalt-beton örtüyünün salınması torpaq işləri ilə paralel aparılacaq. Bu işlərin 70 faizi artıq yerinə yetirilib. Eləcə də hazırda prospektin kənarında yeni bordürlərin salınması davam edir.
Yenidənqurma işləri çərçivəsində prospektdə hərəkət zolaqlarının sayı 4-dən 10-na çatdırılacaq. Habelə dörd yerüstü piyada keçidinin tikintisi də nəzərdə tutulur.
İşlərin 2014-cü il ərzində başa çatdırılması planlaşdırılır.
O deyib: "Bütün işlər sürətli templərlə aparılır və onların nəzərdə tutulan müddətdən əvvəl başa çatması ehtimalı böyükdür"

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info