Bakıda ikinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisi işə başlayır
Tarix: 09.04.2014 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Aprelin 10-dan 12-dək Bakıda ikinci Xəzər Beynəlxalq su texnologiyaları (“CATEC-2014”) sərgi və konfransı keçiriləcək.
Bununla bağlı aprelin 9-da keçirilən mətbuat konfransında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Su-kanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov, “İteca Caspian” şirkətinin biznesin inkişafı üzrə müdiri Bəhruz Hidayətzadə və sərginin layihə rəhbəri Rəşad Məcidov “CATEC-2014” barədə söhbət açıblar.
Bildirilib ki, Bakı Ekspo Mərkəzində keçiriləcək “CATEC-2014” sərgisi Xəzəryanı regionda su texnologiyaları üzrə nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbirdir və Azərbaycanın milli su operatoru - “Azərsu” ASC-nin təşəbbüsü və rəsmi dəstəyi ilə təşkil olunur. Sərginin təşkilatçısı qismində isə “Iteca Caspian” MMC çıxış edir.
Vurğulanıb ki, Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, içməli və çirkab sutəmizləyici qurğuların layihələndirilməsi və tikintisi üzrə irimiqyaslı layihələrin həyata keçirildiyi bir vaxtda su texnologiyalarına həsr olunmuş sərgi və konfransın təşkil edilməsi olduqca aktualdır. Sərgidə bu sahə ilə bağlı müasir nailiyyətlər, texnologiyalar, eləcə də sənayedə tətbiq olunan və onun modernləşdirilməsinə kömək edən innovativ ideyalar nümayiş etdiriləcək.
Sərgidə 24 ölkədən 79 şirkət məhsul və xidmətlərini təqdim edəcək. Onların arasında Azərbaycan, Avstriya, Almaniya, ABŞ, Kanada, Türkiyə, İsrail, Rusiya, Belarus, Litva, Fransa, Macarıstan, Danimarka, İsveçrə, İtaliya və digər ölkələrin aparıcı texnologiya şirkətləri və təchizatçıları, habelə ekologiya və tikinti şirkətləri var.
“CATEC-2014” sərgisi ilə yanaşı, aprelin 11-də ikinci Xəzər Beynəlxalq su texnologiyaları konfransı da keçiriləcək. Konfransda infrastrukturun bu sahəsinin aktual problemlərinə həsr olunmuş müzakirələr və alt panellər təşkil olunacaq, maraqlı mühazirələr oxunacaqdır. “Su ehtiyatlarından inteqrasiyalı istifadə. Ekoloji-iqtisadi qiymətləndirmələr”, “Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının (İWRA) xüsusi sessiyası - Su təchizatı və suyun keyfiyyəti: insan inkişafında məhdudiyyətlər və imkanlar”, “İçməli su emalında innovativ texnologiyalar”, “Su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə metodları; GİS texnologiyalar”, “Yaşıl planet. Tullantı suların təmizlənməsi və təkrar istifadəsi” mövzuları üzrə məruzələrin dinləniləcəyi konfransda beynəlxalq ekspertlər və mütəxəssislər müzakirələr aparacaqlar.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info