“SOCAR-AQŞ” MMC daha bir quyuda qazma işlərini yekunlaşdırıb
Tarix: 09.04.2014 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və “Abşeron Qazma Şirkəti”nin (AQŞ) birgə müəssisəsi olan “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) daha bir quyuda qazma işlərini planlaşdırılmış vaxtdan əvvəl yekunlaşdırıb.
MMC-nin mətbuat xidmətindən bildiriblər ki, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Günəşli” yatağının dayazsulu hissəsində fasilə lay dəstəsində 11 nömrəli dərin dəniz stasionar özülünün 3 min 235 metr dərinliyinə qazılan 230 nömrəli quyuda qazma işləri sona çatıb. Quyunun tikintisi işləri heç bir hadisəyə yol verilmədən, ətraf mühiti çirkləndirmədən, vaxtından əvvəl və yüksək keyfiyyətlə yekunlaşdırılıb. Quyuya istismar kəmərləri endirilmiş, sementlənmiş və kipliyi yoxlanılıb.
Quyuda qazma işlərinin yekunlaşdırılması bu ilin mayın 15-nə planlaşdırılsa da, əməliyyatlarında yeni idarəetmə üsulları, yeni texnologiya, standartlar və yeni yanaşma tətbiq edən “SOCAR-AQŞ” sifarişçi tərəfindən təyin edilən müddəti xeyli qabaqlayıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info