Slovakiyada“Azərbaycan obyektivdə“ adlı fotosərgi
Tarix: 09.04.2014 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Slovakiyanın paytaxtı Bratislava şəhərində Mədəniyyət Nazirliyinin binasında "Azərbaycan obyektivdə" adlı fotosərginin açılış mərasimi keçirilib.
Avropa Azərbaycan Cəmiyyətinin yaydığı məlumata görə, millət vəkillərinin, xarici diplomatların, jurnalistlər və ictimai xadimlərin bir araya gəldiyi tədbir Slovakiyanın mədəniyyət naziri Marek Madariçin dəstəyi ilə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunub.
Sərginin açılış mərasimində çıxış edən Slovakiyanın Mədəniyyət Nazirliyinin dövlət katibi İvan Seçik bildirib ki, Azərbaycan ilə Slovakiya arasında ümumi cəhətlər çoxdur. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətini, tarixini, incəsənətini, memarlığını və insanlarını əks etdirən 100 ədəd fotoşəkildən ibarət şah əsərlərin Avropanın bir neçə əsas şəhərinə səyahət etdikdən sonrakı dayanacağı kimi Mərkəzi və Şərqi Avropa regionunda ilk olaraq məhz Bratislavanın seçilməsi böyük bir imtiyazdır: "Mən tələbəlik illərində Azərbaycanda səfərdə olmuşam, indi bu fotoşəkillər məni həmin illərə apardı. Mən bu sərginin Bratislavada təşkil olunmasına çox şadam və TEAS-ın Slovakiyada təşkil edəcəyi gələcək tədbirləri səbirsizliklə gözləyirəm".
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter məlumat verib ki, "Azərbaycan obyektivdə" sərgisi Avropanın bir çox ölkələrində nümayiş olunub. Azərbaycan ilə Slovakiyanın oxşar cəhətləri çoxdur - hər ikisinin əhalisi 10 milyona yaxındır. Hər ikisi müasirliyin və qədimliyin vəhdəti olan memarlıq abidələrinə malikdir. Hər ikisi uzun illər Sovet təsirinin altında yaşayıb: "Slovakiyadan fərqli olaraq Azərbaycan ərazisinin 20 faizi erməni işğalı altındadır və bu da Azərbaycan üçün acı kədər mənbəyidir. Bununla belə, sərgi Azərbaycanın gözəlliyini əks etdirir və ümidvaram ki, bu fotoşəkillər vasitəsilə Azərbaycan haqqında daha çox şey öyrənə biləcəksiniz".
Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə öz çıxışında bildirib: "Sərgidəki fotoşəkillərə baxarkən biz bir faktı göz önünə gətirməliyik ki, Azərbaycan Avropa mədəniyyətinə inteqrasiya edilən ilk Şərq ölkəsi olub. Şərq dünyasında ilk opera, balet və caz orkestri məhz Azərbaycanda yaranıb. Bu ölkə multi-mədəniyyət timsalıdır. Məsələn, Avropadakı müdhiş günlər zamanı təhlükə altında olan yəhudilər sığınacaq üçün məhz Azərbaycana pənah gətiriblər. Azərbaycanlılar hər zaman mədəniyyət mübadilələrinə açıq olublar və bu ölkə öz tolerantlığı və digər xalqlarla qurduğu mədəniyyət tərəfdaşlıqları ilə məşhurdur. Mənim ölkəmdə yəhudilər, müsəlmanlar, protestantlar, katoliklər və pravoslavlar hamısı dinc yanaşı yaşayırlar. Bu fotoşəkillər vasitəsilə Azərbaycanın mədəniyyət və adət-ənənələri haqqında təsəvvürə malik ola bilərsiniz. Ümid edirəm ki, tezliklə Bakı Slavyan Universitetində Slovakiya mərkəzi açılacaq və Azərbaycan gəncləri gəlib Slovakiya və onun tarixini öyrənəcək, Slovakiyada təhsil alacaq, eləcə də slovakiyalı tələbələr Azərbaycan Diplomatik Akademiyasında təhsil alacaqlar. Ümid edirəm ki, bu sərgi bizim ölkələrimiz arasındakı böyük əməkdaşlıqların yaranması üçün müjdəçi rolunu oynayacaq".
Sonra Azərbaycanın Slovakiyadakı fəxri konsulu professor Cəlal Qasımov çıxış edib. Fəxri konsul TEAS-ın Slovakiyada fotosərgi təşkil etməsini alqışlayaraq, belə bir mədəniyyət tədbirlərinin keçirilməsinin Slovakiya ilə Azərbaycan arasında gələcək əməkdaşlığa təkan verəcəyinə ümidvar olduğunu bildirib.
TEAS-ın Belçikadakı nümayəndəliyinin rəhbəri Roman Huna son olaraq çıxış edib: "Mən fəxr edirəm ki, "Azərbaycan obyektivdə" sərgisi Slovakiya auditoriyasına Azərbaycan gözəlliklərindən zövq almaq imkanı yaradır və İpək Yolu üzərindəki bu füsunkar inci haqqında biliklərini artıracaq".
Sərginin bədii hissəsində TEAS-ın incəsənət və mədəniyyət üzrə müşaviri, Nyu-Yorkdakı Culliard Məktəbinin (Juilliard School) ilk azərbaycanlı məzunu skripkaçı Sabina Rakçeyeva Londonda fəaliyyət göstərən "Deko" ansamblının müşayiəti ilə argentinalı bəstəkar Astor Piazzola, Vaqif Mustafayevin bəstələri və Azərbaycanın ənənəvi musiqi əsərlərindən ibarət aranjimanlar ifa edib.
Qeyd edək ki, "Azərbaycan obyektivdə" sərgisi bundan əvvəl TEAS-ın nümayəndəliklərinin yerləşdiyi şəhərlərdə - London, Paris, Berlin, Brüssel və İstanbulda nümayiş olunub.
Fotoşəkillər TEAS-ın təşkil etdiyi müsabiqə yolu ilə Azərbaycanda və dünyanın müxtəlif yerlərində yaşayan fotoqraflardan daxil olmuş 750 əsər arasından seçilib. Müsabiqənin qalibi, 1985-ci ildə Kəlbəcər rayonunda çəkilmiş "Ağsaqqallar" fotoşəklinin müəllifi Asim Talıb olub. İkinci mükafata isə Bibiheybət məscidinin tavanının heyrətamiz təqdimatını fotoobyektivə almış Etibar Cəfərov layiq görülüb. Nəhayət, üçüncü yerə Fuad Babayev sahib çıxıb. F.Babayevin "Alovlar və iynə" adlı fotoobyektivində Bakının yeni simvolu olan "Alov qüllələri" və televiziya qülləsi yer alıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info