Abbasqulu ağa Bakıxanovun 220 illiyinə həsr olunmuş elmi konfrans
Tarix: 09.04.2014 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində böyük maarifçi, tanınmış alim və şair Abbasqulu ağa Bakıxanovun anadan olmasının 220 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov açaraq bildirib ki, 12 fevral 2014-cü ildə “Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır. Natiq vurğulayıb ki, 2014-cü ildə Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyi tamam olur. Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu Ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri olmuşdur. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır.
Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, pedaqoji emlər doktoru Elbəyi Maqsudovun “Abbasqulu ağa Bakıxanov elm və mədəniyyətin inkişafında əvəzsiz töhfələr vermiş görkəmli alim və istedadlı şair kimi”, Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayevin “Abbasqulu ağa Bakıxanovun maarif, məktəb və tərbiyə haqqında fikirləri”, Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Quliyevanın “Nəsihətnamə əsərində əxlaqi fikirlərin tərrənnümü” mövzularında məruzələri dinlənilib. Məruzələrdə bildirilib ki, 1820-1830-cu illərdə çar Rusiyası ordusunda qulluq edən Abbasqulu ağa Bakıxanov, Türkmənçay və Gülüstan müqavilələrinin(1828) imzalanmasında tərcüməçi kimi iştirak edib. "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. "Qüdsi" təxəllüslü ilə şeirlər yazıb. Vurğulanıb ki, Abbasqulu ağa Bakıxanovun, uşaqların əxlaqını yaxşılaşdıran və onlarda nəcib xasiyyətlərin yaranmasını təmin edən nəsihətamiz əsərləri bu gün də öz əhəmiyyətini itirməyib.
Sonda tələbələr Abbasqulu ağa Bakıxanovun əsərlərini bədii qiraət ediblər.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info