“Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək”
Tarix: 09.04.2014 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Cim Şerr: “Avropa Oyunları artıq idman ölkəsi kimi tanınan Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq”
“Azərbaycan “Bakı - 2015” ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək”.
Bu sözləri “Bakı - 2015” Avropa Oyunlarının əməliyyat şirkətinin icraçı direktorunun müavini Cim Şerr deyib. Dünyanın bütün idman qurumlarının, eləcə də olimpiya komitələri rəhbərlərinin “Bakı - 2015” ilk Avropa Oyunları barədə artıq məlumatlı olduğunu bildirən Cim Şerr ölkəmizin bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayaraq deyib: “Gündən-günə inkişaf edən Azərbaycan artıq idman ölkəsi kimi də tanınır. Ölkənizdə mötəbər yarışların keçirilməsi bir ənənə halı alıb. Onu da qeyd edim ki, Bakıda mütəmadi olaraq Avropa və dünya çempionatları keçirilir. Mən əminliklə deyə bilərəm ki, Azərbaycan bu tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bakıda keçiriləcək birinci Avropa Oyunları Avropa idman hərəkatında yeni dövrün başlanğıcı olacaq. Eyni zamanda, Azərbaycan hökuməti oyunlara hərtərəfli dəstək verir, onun uğurla keçməsi və Avropa idmançılarının parlaq çıxışları üçün əlindən gələni edir”.
Cim Şerr Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin birinci və ikinci iclaslarından sonra keçən dövrdə bir çox nailiyyətlərin əldə edildiyini vurğulayaraq bildirib ki, artıq idman yarışlarının cədvəl layihəsi tərtib olunub, oyunlarda iştirak edəcək rəsmilərin, idmançıların, həmçinin medalların sayı və yarışların baş tutacağı günlər nəzərdən keçirilib. İdman tədbirlərinin təşkil olunacağı məkanların siyahısı da tamamlanıb, maliyyə məsələləri təhlil olunub.
Bakı haqqında təəssüratlarını bölüşən Cim Şerr deyib: “Qədim və müasir tikililər şəhərinizə çox yaraşıq verir. Paytaxt Bakı, insanlarınız çox gözəl və qonaqpərvərdirlər. Azərbaycan sürətlə inkişaf edir. Buradakı tikililər heyrətamizdir. Bakıda olmayan avropalı azarkeşləri Azərbaycana dəvət edirəm. Təbii ki, Avropa Oyunları artıq idman ölkəsi kimi tanınan Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq”.








 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”
20.02.2019
“Avropa İttifaqı Azərbaycana dəstək verməyə hazırdır”
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info