Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi IV qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Matanova Səidə Maqsud qızı Fondun dəstəyi ilə “Gənclər arasında könüllük prinsiplərinin artırılması” layihəsini həyata keçirib.
Layihənin keçirilməsində əsas məqsəd Bakı şəhərində 16 – 25 yaş arası gənclər arasında maarifləndirici təlimlər vasiəsilə könüllük prinsiplərinin artırılmasıdır. Layihə rəhbəri Səidə Matanova layihə haqqında bildirib: “Layihənin məqsədinə çatmaq üçün aşağıdakı vəzifələr həyata keçirilib: gəncləri könüllülük haqqında maarifləndirmək və onların bu sahədə rolunu artırmaq, könüllülük prinsiplərini yaymaq və bu sahədə yanlış fikirləri dağıtmaq, iştirak edən gəncləri yeni bilik və bacarıqlara yiyələndirmək, layihənin sonunda böyük və fəal gənclər qrupu formalaşdırmaq.
Layihə Bakı şəhərində 1 ay müddətində keçirilib. Layihənin həyata keçirilməsi zamanı gənclərin maarifləndirilməsi və həvəsləndirilməsi üçün əsasən təlimlərdən istifadə olunub. Layihə iştirakçılarının sayı 80 nəfər olub. Təlimlər zamanı təlimçi, qonaq, ekspertlər gənclərə könüllülük haqqında məlumatlar veriblər. Təlimlərdə könüllülük fəaliyyəti, könüllülərin vəzifələri , üstünlükləri, cəmiyyətin inkişafında onların rolu və s. bu tipli mövzularda təlimlər keçirilib. Layihədə orta məktəblərin X – XI sinif şagirdləri, tələbələr, 16 – 25 arası gənclər iştirak edib. Ümidvaram ki, bu layihədə iştirak edən fəal gənclər yerli QHT və digər təşkilatlarda ilkin olaraq könüllü kimi, gələcəkdə isə layihə və proqramlara işçi kimi cəlb olunacaqlar. Biz belə fəal gənclərin müvafiq təlimlərə və tədbirlərə cəlb edilməsi, aidiyyatı beynəlxalq və yerli təşkilatların işlərində iştirak etməsinə çalışacağıq.”
Qorqud
|