Naftalanda sahibkarlar üçün dəyirmi masa keçirilib
Tarix: 09.04.2014 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Kurortların inkişaf perspektivləri”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında dəyirmi masa keçirilib.
Tədbir İqtisadiyyat və Sənaye Nazilriyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilib. Dəyirmi masada iştirakçılara “Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı”, kurort işçilərinin peşə səviyyəsinin artırılması, bu sahədə maarifləndirmə tədbirlərinin rolu, beynəlxalq standartlara cavab verən sanatoriya, kurort və pansionatların yaradılması və s. barədə ətraflı məlumatlar verilib. Tədbirdə həmçinin, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzusunda təqdimat keçirilmiş, sahibkarlar biznes-ideyanın yaradılması və biznes planların tərtib edilməsi, maliyyə planı və s. barədə məlumatlandırılıblar.
Bundan başqa, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info