Nazir ilk Avropa Oyunlarına hazırlıqdan danışdı
Tarix: 10.04.2014 | Saat: 14:53:00 | E-mail | Çapa göndər


“Bakı 2015 Avropa Oyunları ilk dəfə keçiriləcək bu cür tədbiri özünün davamlı iqtisadi, sosial və siyasi inkişafı hesab edən Azərbaycanın tarixində bu vaxtadək keçirilmiş ən böyük çoxsaylı idman yarışı olacaq”.
Bu barədə gənclər və idman naziri Azad Rəhimov Antalyada 2014-cü ildə keçirilən "SportAccord" Konvensiyasının növbəti iclasında çıxışı zamanı bildirib.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş direktoru olan A.Rəhimov nümayəndə heyətlərinə məlumat verib ki, birinci dəfə keçiriləcək Avropa Oyunları Avropa qitəsini ruhlandıracaq və Avropa xalqlarını bu cür idman bayramında bir araya gətirəcək.
Nazir ev sahibliyi ediləcək oyunlara hazırlıq barədə ətraflı məlumat verib və söyləyib ki, bu oyunların əsas diqqəti idmançılara yönəlib, sərmayələr ümumən 19 idman növü üzrə yarışacaq 6000 idmançı üçün nəzərdə tutulan mövcud məkanların bərpasına və dünya səviyyəli 20 idman obyektinin inşasına yönəldilib: "Avropa Olimpiya Komitələrində qitə oyunlarının Avropa üçün keçirilməsi təsəvvürü mövcuddur və bu oyunların Bakıya həvalə edilməsi ilə onlar bu möhtəşəm layihəni Azərbaycana etibar ediblər. AOK-un etibarı və bizim ambisiyamız digər Avropa şəhərlərində də keçiriləcək gələcək oyunların ötürülə bilən və dayanıqlı modelinin yaradılmasından ibarətdir. Eyni zamanda, biz Azərbaycanı müasir Avropa ölkəsi kimi göstərmək imkanını artırmaq niyyətindəyik".
Nazir həmçinin Azərbaycan hökumətinin həyata keçirdiyi strateji yanaşmanın tədbirin Azərbaycanda idman, sosial və iqtisadi inkişafını təmin etməsi məqsədi güddüyünü qeyd edib:
"İlk Avropa Oyunlarına ev sahibliyi etmək imkanından yararlanmaq Bakı və Azərbaycanı Avropada idman, biznes, turizm və mədəniyyət üçün dinamik məkan baxımından inkişaf etdirmək və eləcə də bilik və bacarıqların yeni bazası olmaq baxımından bizim üçün əhəmiyyətli məsələdir. Bakı 2015 oyunları yalnız yeni dünya səviyyəli idman məkanları ilə təmin etməyəcək, o həmçinin Bakı və Azərbaycanın əhalisi üçün yeni şəhər və icma imkanlarının inkişafı baxımından təkanverici rol oynayacaq. İnanırıq ki, Azərbaycan hökumətinin dəstəklədiyi tədbir yerlərinin inşası gənclərin idmana olan həvəslərini artıracaq, xalqın daha fəal həyat tərzinə rəvac verəcək və onun sağlam olmasına kömək edəcək".
Oyunlar üçün inşa edilən yeni idman məkan və obyektləri Azərbaycan gəncləri üçün nəsildən-nəslə keçəcək bir töhfədir.
Açılış və bağlanış mərasimlərində və idman tədbirlərində 65 min tamaşaçı və idman azarkeşi üçün nəzərdə tutulmuş əsas stadionun tikintisi başa çatmaq üzrədir.
İnşası yenicə başa çatdırılmış Milli Gimnastika Arenası növbəti il keçiriləcək oyunlar üzrə sınaq tədbiri kimi bu ilin iyun ayında bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bakı Akvatika Mərkəzində üzgüçülük, sinxron üzgüçülük və dayvinq yarışları keçiriləcək.
A.Rəhimov qeyd edib ki, müşahidəçilər artıq Azərbaycanın Bakı 2015 Avropa Oyunlarında əsas diqqətini idmançılara yönəldən bir məkan olduğunu qəbul ediblər: "Bu, beynəlxalq miqyaslı, 9000 idmançı və rəsmi şəxsi mümkün olduğu qədər ən yaxşı yaşayış yeri və hazırlıq obyektləri ilə təmin etmək məqsədi güdən Atletlər kəndində aydın şəkildə özünü büruzə verir".
Nümayəndə heyətləri həmçinin təşkilatçıların yerli icmalarda yeni və səmərəli iş proseslərini inkişaf etdirmək və daha çox bacarıqlar, iş yerləri, kommersiya bilgisi və irimiqyaslı tədbirlər sahəsində təcrübə qazanmaq məqsədi güddükləri haqqında məlumatları dinləyiblər.
A.Rəhimov əlavə edib ki, hökumət, həmçinin oyunlar vaxtı istifadəsi mümkün olacaq çoxlu sayda irimiqyaslı daşınma layihələrinə, habelə metro və avtobus şəbəkələrinin yenilənməsinə böyük sərmayə yatırır.
İnvestisiya layihələri iki yeni yüksək texnoloji dəmir yolu xəttini - Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars xəttini və Bakıdakı yeni beynəlxalq hava limanı terminalı olan Bakı-Çin xəttini özünə daxil edir və 2015-ci ilə dünyanın 50 şəhəri və 22 ölkəsi boyu 60 hava limanına uçuşları nəzərdə tutan uçuş qrafiklərini artırmağı nəzərdə tutur.
Azərbaycan Cənubi Qafqazda əhalisinin sayı təxminən 9,5 milyon nəfər olan ən iri və ən çox əhaliyə malik ölkədir. 2000 və 2010-cu illər arasında Azərbaycan ÜDM-in artımına görə, dünyada ikinci nəticəsi nümayiş etdirib. Güclü iqtisadi artım neft və qaz ehtiyatları, turizm və kənd təsərrüfatından əldə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info